“ÖLKƏ QANUNVERİCİLİYİNDƏ GMO MƏHSULLARINA QADAĞA QOYULMAYIB”


Eyyub Hüseynov

“Azərbaycan əhalisi geni dəyişdirilmiş ərzaq mallarını geniş şəkildə istehlak edir”

 “Azərbaycanda kifayət qədər genetik modifikasiya olunmuş (GMO) orqanizmlərdən ibarət olan ərzaq malları nəinki satılır, hətta əkinçiliyə tətbiq olunur”. Bu barədə Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov AJAŞ Xəbər-in müxbirilə söhbətində bildirib. E.Hüseynovun sözlərinə görə, AİB-in apardığı tədqiqatlar zamanı Azərbaycanda satılan kartofların, günəbaxanların, pomidorların, qarpızların demək olar ki, böyük bir hissəsinin GMO məhsulları olduğu aşkarlanıb.AİB sədri həmçinin quş yemlərinin də tədqiqatını apardıqlarını vurğulayıb: “Quş yemlərinin tərkibində soya jımıxı olduğu müəyyən edilib. Hansı ki dünyada soyaların 98%-inin geni dəyişdirilib. Bu o deməkdir ki, Azərbaycan istehlakçıları GMO ilə qidalanan quş əti istehlak edir”. Eyyun Hüseynov Azərbaycanda biomüxtəlifliyin qorunmasında ciddi problemlər olduğu barədə də xəbərdarlıq edib: “GMO əkinçilik təbiətin digər komponentlərini sıxışdırmaqdadır. Məsələn, GMO kartof əkinçiliyi kartofun digər aborigen növlərini aradan çıxarır”. E. Hüseynov təəssüflə bildirib ki, ölkəmizdə GMO məhsullarını müəyyən etmək üçün nə laboratoriya, nə də mütəxəssis var: “Ümumiyyətlə, Azərbaycan qanunvericiliyində buna qadağa qoyulmayıb. Halbuki Azərbaycan 2005-ci ildə “Biotəhlükəsizliyə dair Karfagen protokolunu ratifikasiya edib. AİB 13 iyun 2008-ci ildə Ekoloji Kənd Təsərrüfatı haqqında qanun qəbul edilərkən GMO malların satışına qadağa qoyulması üçün ciddi mübarizə apardı. Lakin müəyyən səbələrdən Azərbaycanda GMO-nun satışına yaşıl işıq yandırıldı. Zənnimizcə, burada beynəlxalq təşkilatların təsiri oldu”. AİB sədri, rəhbəri olduğu təşkilatın bir neçə gün öncə dövlət orqanlarına və qeyri dövlət qurumlarına, o cümlədən Nazirlər Kabinetinə, Akologiya və Təbii Sərvətlər Nazirliyinə, İqtisadi İnkişaf Naziriliyinə, Səhiyyə Nazirliyinə, Gömrük Komitəsinə və digər orqanlara mövzu ilə bağlı rəsmi məktublar göndərdiyini bildirib: “Məktubda Azərbaycanın Karfagen protokolunu ratifikasiya etdikdən sonra üzərinə götürdüyü öhdəliklər sayəsində hansı işlər görməli olduğu haqda məlumatlar yer alıb. Bu tədbirlər sırasına GMO-nu tədqiq edən laboratoriyanın yaradılması da daxildir”.

Реклама
Автор: Teymur Kasamanli Рубрика: EKO SOYQIRIM