AZƏRBAYACAN RESPUBLİKASININ MEŞƏLƏRİ.


Bioloji cəhətdən öz inkişafında bir birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab meşə sahələri  Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur. Dünya üzrə meşə örtüyünün sahəsi 40.1 mln. kv. km-dir. Bunun 8,1 mln.kv.km. Rusiya Federasiyasının, 3,2 mln. kv. km-i, Brazilyanın, 2,6 mln.kv.km- Kanadanın, 2,0 mln. kv. km. ABŞ-ın payına düşür. Son 200 ildə dünya üzrə meşə sahələrinin sahəsi 2 dəfədən çox azalmışdır. IIX — IX əsrlərdə indiki, Azərbaycan ərazisinin 35 % meşə ilə örtülü olmuşdur. Hal — hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 1290 min he və ya ərazisinin 11 %-i təşkil edir.

Bu rəqəm Rusiya Federasiyasında 41 %,  Latviyada- 38 %, Gürcustanda 37 % təşkil edir. Ölkəmizin meşə ehtiyatlarının 48,8 % ya 592 min he Böyük Qafqaz reqionun,14,5 % və ya 176 min he Kiçik- Qafqaz reqionun, 2,5 % və ya 30 min he. Kür-Araz  ovalıqının, 0,5 % və ya 6 min he Naxçıvan MR payına düşür. Azərbaycanda adam başına 0,12 he. meşə sahəsi düşür. Qeyd etməliyik ki, 261 min he meşə sahəsi ermənistan tərəfindən işğal edilmiş ərazilərdədir. Mənfur niyyətli ermənilər Qarabağ torpağının çox nadir bitgi növlərini, ağac və kollarını, hətta Şuşanın Xarı bülbül gülünü belə Avropa ölkələrində keçirilən sərgilərdə özlərinki kimi təqdim edirlər.

Taleyin bizə bəxş etdiyi meşələr münbit torpaqlarımızın yuyulub getməsinin qarşısının alınmasında, sel daşqınlarının minimuma endirilməsində, tarlaların küləkdən və quraqlıqlardan qorunmasından müstəsna əhəmiyyəti verdir. Meşələr bir növ rütubət akkumülyatoru rolunu oynayır və saysız- hesabsız dağ çaylarına başlanqıc verir və il ərzində ovalıq və düzənliklərə suyun paylanmasını tənzimləyir, onu nisbətən tarazlaşdırır.  Bununla yanaşı meşələr dağlıq rayonlarda torpaq sürüşməsi və dağ ucqunlarının qarşısını alır. Eyni zamanda meşələr fitonsit xüsusiyyətinə malikdir, zərərli mikroorqanizmləri məhv edən fitonsitlər xaric edir.  Meşələr eyni zamanda bitgiləri, torpağı, su hovzələrini, yolları, yaşayiş məntəqələrini, abidələri, təbii amillərini zərərli təsirindən qoruyur, mikroiqlimi dəyişir, quru, isti, güclü küləklərin təsirini azaldır. Meşələr dərə, yarğan və hərəkət edən gumları bərkidir, qar örtüyünün bərabər yayılması və tədricən əriməsinə imkan yaradır, buxarlamanı zəiflədir, qrunt sularının səviyyəsini endirir. Bütün bunlarla yanaşı meşələrin təbiətdə ən boyük rolu ondan ibarətdir ki, güclü nasos kimi, onun hər 1 he il ərzində 10-20 ton karbon qazını udur və əvəzində oksigen ixrac edir. 1 he meşə sahəsi 1 saatda 8 kq karbon qazını udur, bu isə 1 saatda 200 nəfəri nəfəsi ilə havaya buraxılan karbon qazının həcminə bərabərdir. Meşələr, torpaqları eroziavdan qoruyur, su ehtiyatlarının tükənməsinin qarşısını alır və havanı sanitariya-gigiyena baxımından saflaşdırır, təbiətdə maddələr mübədiləsində və enercinin bioloji dövriyyəsində əvəsiz rol oynayır. Bütün bunları sadalamqda məqsədimiz ondan ibarətdir ki, meşə sahələrinin qorunmasının vacibliyini, meşəbərpa işlərinin taleyüklü bir məsələ olduğun hiss edək. Azərbaycan meşələrinin geniş ərazisi Böyük Qafqaz sıra dağlarının cənub və şimal-şərq yamacalırı hesab olurun. Bu meşələr Azərbaycan ərazisindən başlamış, Dağıstan sərhədinə kimi uzanır. Azərbaycan şimal-şərqində əsasən Qusar, Quba, Dəvəçi, Siyəzən və Xızı inzibati rayonlarından cənub-qərb istisqamətində meşə əhatə edir. Xızı rayonundan cənub-qərb istisqamətində meşə massivi tədricən azalır və tam meşəsiz sahə ilə əvəz olur. Böyük Qafqazın cənub makro yamacında Şamaxı rayonu ərazisində meşə massivi yenidən bərpa olur və dağ yamacları ilə fasilə vermədən başdan-başa örtük yaratmaqla Gürcüstan Respublikasının sərhəddinə kimi uzanır. Burada meşlər əsasən İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən inzibati rayonlarının dağlıq hissəsini əhatə edir. Meşə massivi ara vermədən cənub yamacla qərb istiqamətində Gürcüstan ərazisinə doğru uzanır. Meşələrin geniş ərazisindən bir də Kiçik Qafqaz sıra dağ yamaclarıdır.Burada meşələr ayrı-ayrı massivlər şəkilində əsas dağ qollarının Şimal, Şimal-Şərq və Şərq yamacalarını örtür.Yalnız cənubi Qarabağ ərazisində meşə massivi ara verir və İran sərhədinə çatmır. Bundan əlavə meşələr adacıq şəkilində Naxçıvan Muxtar Respublikasında Şahbuz rayonu ərazisində Kükü dağ yamaclarında təsadüf edilir. Meşələrin geniş massivindən biri də Talış dağ yamaclarını əhatə edir. Burada meşələr Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və qisməndə Beləsuvar inzibati rayonlarının ərazisində yayılmışdır. Meşələrin az hissəsi Kür və Araz çayları sahili boyunca uzanır və Tuqay tipli massiv şəkilində lentvari ərazi tutur. Azərbaycan özünün füsünkar gözəlliyi, zəngin təbii sərvəti, al-əlvan florasıvə faunası ilə bütün dünyada şöhrət qazanmışdır.Burada 125 fəsiləyə və 930 cinsə daxil olan ali bitkilərin 4500 növü yayılmışdır. Bunlardan 48 fəsiləyə,135 cinsə mənsub olan 450 növ ağac və kollar respublikamızın meşələrində bitir.Bu isə Respublika florasındakı bitki növlərinin 11;-ni təşkil edir. Azərbaycan dendroflorasının tərkibində 70 regional endem növə təsadüf edilir. Öu da ümumi ağac və kol bitki növlərinin 16 %-i deməkdir. Azərbaycan dendroflorasının belə zəngin tərkibə malik olmasına baxmayaraq əsas meşə əmələgətirən növlər azdır. Azərbaycan meşələri əsasən enliyarpaqlı cinslərdən ibarətdir. Böyük və Kiçik Qafqaz meşələrinin az sahə tutur. İynəyarpaqlı meşələri əsas Qarmaqvari şam (Pinus hamata) Bu növ bəzən kox (P.Kochioana), Sosnovski (P.Sosnovi) adlanır və Kiçik Qafqazda Göy-göldə, Tovuz rayonu ərazisində Şamlıq və Böyük Qışlaq kəntləri ətrafı meşələrdə, Böyük Qafqazda Qusar rayonu meşələrində təsadüf edilir. İynəyarpaqlı meşələrdən Eldar oyuğu dağından 400 ha yaxın sahədə kserofit şəraitdə Eldar şamı (Pinus eldarica) əsasən təzə və rütubətli fıstıq meşələrində Qaracöhrədən (Taxus bacaata) ibarət enliyarpaqlı cinslərlə qarışıq halda və ya kiçik meşəçiklər şəkilində abaclıqlara təsadüf edilir. Belə meşəçiliklərə Böyük Qafqazda Qəbələ rayonunda Həmzəli qəbirsatlığında, Pirqulu və Oğuz rayonu meşələrində, Xızı, Dahar dibi adlanan meşələrində Kiçik afqazda Göygöl, Gədəbəy meşələrində, Talış dağlarında Lerik rayonu Hamazat kəndi ətrafı meşələrində təsadüf edilir. İynə yarpaqlı cinslərdən ən geniş ərazidə yayılmışı ardıc meşələridir. Azərbaycan meşələrində — Qazax ardıcı (İümiperus Salina),Uzunsov ardıc (C.oblonqa), cırtdan ardıc (C.puqmaca), Alcaqboy ardıc(C.depressa),Qırmızı ardıc (C.polycarpos) və s. Növləri bitir. Ardıc meşələrinin ən geniş sahəsi Bozdağda, Naxçıvan meşələrində çoxda geniş olmayan sahələrdə ardıcın seyrək meşələri vardır. İynəyarpaqlı meşələr (Ardıc və şam) Respublika meşələrinin meşə ilə örtülü sahənin təqribən 1,6 %-ni təşkil edir. Azərbaycan Respublikasında həmişəyaşıl enliyarpaqlı meşələr yoxdur. Belə cinslərə yalnız Bakı, Gəncə, Şəki, Sumqayıd və dicər iri şəhərlərin və qəsəbələrində yaşayış məntəqələrinin yaşallıqlarında təsadüf edilir.Respublika meşələrinin əsasını təşkil edin qışda yarpağını tökən enliyarpaqlı növləridir. Meşə ilə örtülü sahə hakim cinslərə görə təqribən aşağıdakı kimi paylanmışdır. Şam-0,3, ardıc-1,3, fıstıq-31,9, palıd-31,5, vələs-22,4, göyrüş-0,9, ağcaqayın-0,3, kollar-2,2, tozağacı-0,14, qovaq-0,81, qızılağac-0,82, cökə-0,10, digər cinslər-8,06 olduğu müyyən edilmişdir. Meşələrin tərkibcə olduqca müxtəlif olmasına baxmayaraq, enliyarpaqlı meşələri əsasən fıstıq, palıd və vələs cinsləri əmələ gətirir.Meşə ilə örtülü ərazinin 85,8 %-ni bu üç cinsin payına düşür.Meşələr yaş siniflərinə görə də paylanması müxtəlifdir. Belə ki, cavan meşələr meşə ilə örtülü sahənin 11,2 %-i,ortayaşlı ağaclıqlar-63,3 %-i, yetişməkdə olan ağaclıqlar-13,4 %-i, yetişmiş və yaşı ötmüş meşələr-12,1 %-i təşkil edir. Yetişmiş və yaşı ötmüş meşələr 1966-cı il məlumatında meşə ilə örtülü sahənin 35,4 %-i olduğu halda,1988-ci ildə bu rəqəm12,1 % olmuşdur. Orta yaşlı ağaclıqlar isə 1966-cı ildəki 21,6 % 1988-ci ildə 63,3 % çatmışdır. Bu isə meşələrin tədricən cavanlaşdığını göstərir. Azərbaycan əksər meşələri (85 %) dikliyi yüksək olan dağ yamaclarında yerləşməklə əvəzolunmaz torpaqqoruyucusu, Su tənzimləyici və iqlim saflaşdırıcı əhəmiyyətə malikdir.Meşələrin əraziyə görə paylanması da müxtəlifdir. Belə ki, Böyük Qafqazın cənub yamacı meşələri 142,18 min ha., Şimal-Şərq yamacı meşələri-352,69 min ha., Talış meşələri-108,22 min ha, Qarabağ meşələri-230,04 min ha, Kiçik Qafqazın şimal-Qərb makroyamacı-110,22 min ha. Kür-Araz düzənliyi-44,04 min ha, Naxçıvan-1,93 min ha ərazi tutur. Meşələrin oduncaq ehtiyatı fıstıq meşələrində-59,73 mil. m3.,Palıd meşələrində-27,97 mil. m3. və vələs meşələrində isə 26,22 mil m3. təşkil edir. Dağ meşələrində ümumi oduncaq ehtiyatı 110,92 mil. m3. və ya 81,4 %-dir. Meşələrin sıxlığa görə paylanması da müxtəlifdir. Respublika meşəlirinin 13,7 %-i aşağı (0,3-0,4) sıxlığıqda və 2,62 % orta(0,5-06) sıxlıqda, 18,3 % normal-(0,7-0,8) çıxlıqda və 2,62 %-i isə yüksək (0,9-1,0) sıxlıqdadır.Meşələrin ümumi orta sıxlığı-0,56 müəyyən edilmişir.Bonitet sinifinə görə də meşələrin paylanması müxtəlifdir.Yüksək I-II bonitetli meşələr, meşə ilə örtülü sahənin 14,9 %-i III-bonitet-42,3 %-i, IV bonitet-27,4 %-i və aşağı bonitetli V-sifə mənsub meşələr 15,4-i təşkil edir. Meşələrin orta illik artımı-1,74 m3-dir.Bu artım bərk yarpaqlı (fıstıq,palıd, vələs və s.) cinslərdə -1,77 m3.,yumşaq yarapaqlı (qovaq,yalanqoz,qızılağac) cinslərdə isə 2,12 m3., təşkil edir. Buradan belə qəanətə gəlmək olar ki, meşələrimizdə yüksək məhsuldar (I və II bonitet) ağaclıqlar (14,9 %) azdır. Orta məhsuldar (III bonitet) ağaclıqlar 42,3 %, az aşağı məhsuldar (IV və V bonitet) ağaclıqlar isə 42,8 % təşkil edir. Bu göstəricələr meşələrin qorunmiasında onun məhsuldarlığının artırılmasında son illərdə görülmüş meşəçilik tədbirlərinin qeyriqənaətbəxş apardığının baris göstəricisidir. Azərbaycan meşələri oduncaqsız sərvəti ilə də zəngindir. Meşələrimizdə burada 15 , 36 cinsə aid olan 150 növ yabanı meyvə bitkiləri mövcutdur. Bu bitkilərdə min tonlarla (adi qoz, alma, armud, zoğal, alıca, azgil, fındıq, xurma, şabalıd, böyürtkan və s) yabanı meyvə məhsulu vardır.Bu meyvələrdən 30 % istismar əhəmiyyətli məhsulardır.Meşələrimizdə arıcılığın inkişafı üçün də əlverişli şəraiti vardır. Hazırda meşə müəssisələrində 1000-dən çox arı ailəsi saxlanır. Arılar meşə bitkilərinin tozlanmasına köməklik edir, bol toxum məhsulunun alınmasına şərait yaradır və əlavə bal məhsulu alınmasını təmin edir. Azərbaycan meşələrinin yüksəklik qurşaqlara görə paylanmasının da özümə məxsus qanunauyğunluqları vardır. Belə ki, əksərən Şimal istiqamətli dağ yamaclarında isə palıd-vələs meşələri üstünlük təşkitl edir. Aşağı dağ qurşağında az məhsuldar palıd, qaraağac, dəmirqara meşələri , orta dağ qurşağında nisbətən məhsuldar palıd-vələs meşələri.Yuxarı dağ meşə qurşağında isə daha yüksək palıd-fıstıq-vələs meşələri mövcutdur.Meşə qurşağının Subalp qurşaqla qovuşduğu ərazidə az məhsuldar tozağacı və alçaq boylu əyri gövdəli fıstıq meşələrinə təsadüf edilir.Belə qanunu uyğunluqların Talış, Böyük və Kiçik Qafqaz dağlarında özünə məxsusluğu vardır. Azərbaycanın meşə formasiyaları

Azərbaycan meşələrinin özünə məxsus meşə formasiları mövcutdur.Bu formasiyalar aşaöıdakılarpdır:

1. Tarmaqvari şamdan ibarət iynə yarpaqlı meşələr

2. Ardıc seyrək meşəlikləri

3. Şərq fıstığından ibarət fıstıq meşələri

4. Palıd meşə formasiyaları :

a) Şabalıd yarpaq palıtdan ibarət (Talış) meşələr

b) Gürcü palıdından ibarət aşağı dağ qurşağı meşələr

v) Şərq palıdından ibarət yuxarı dağ qurşağı meşələr

q) Uzunsaplaq palıtdan ibarə düzən meşələr

e)  Araz palıdından ibarət az məhsuldar meşələr.

 Palıdın digər qızılı palıd, qumral palıd,kövrək palıd, boz palıd və s. növləri ayrıca meşə formasiyası yaratmır və digər növlərin yaratdığı formasiyalarda iştirak edirlər.

5. Vələs meşə formasiyası

6. Dəmir ağacından ibarət pelikt meşə formasiyası

7. Ağacqayın meşə formasiyası

a) Məxməri ağcaqayından ibarət meşələr

b) Tranttoveter ağcaqayından ibarət seyrək meşələr.

8. Xurma meşələri

9. Qarağac meşələri

10. Adi qozdan ibarət meşələri

11. Adi Şabalıtdan ibarət meşələri

12. Azad ağacından ibarət meşələri

13. İpək akasiyasından ibarət meşələri

14.Yalanqozdan ibarət rütubətli meşələri

15.Qızılağac meşələri

16.Toağacı meşələri

17.Qovaq meşələri

18. Kür-Araz sahilləri boyunca formalaşan Tuqay meşələri.

Meşə formasiyalarının ayrılıqda mövcud arialı və növ tərkibi vardır.

Реклама
By Teymur Kasamanli Posted in TÜRK