İQLİM DƏYİŞILMƏLƏRİNIN EKOLOJİ TƏSİRİ


Teymur Kəsəmənli                                                         

 Elmi-texniki tərəqqinin sürətlə inkişafı yeni-yeni mərhələlərə qədəm qoymuşdur. Kimya sənayesinin inkişaf etməsindən irəli gələn soyutma sistemlərinin istehsalı ilbəil genişlənir. Soyuducu sistemlərində geniş təlabata ehtiyac duyulan soyducu qazların istifadəsi həyacan doğurmaya bilməz. Belə ki, həmin qazlar bir necə qazların qarışığından əldə edilir. Bu kimi qazların bəşəriyyətə nə verə biləcəyi öyrənilməsə də, soyducu və kondisianerlərin istehsal sənayesinə cevrilməsi mümkün olmuşdur. Günümüzün reallığı onu tələb edir ki, elm və təhsildə ekoloji düşüncə və təfəkkürün inkişafına nail olub ətraf mühiti təhlükələrdən qoruyaq. Soyducu qazların əldə edilməsində xlor, flüör, karbon və hidrogenin qarışığından ibarət olan Freonlar 12-22 qazlarından soyuducu və kondisianerlərdə istifadə edilməsi günümüzün reallığıdır. Freon qazları tətbiq olunduğu gündən bu günə qədər müəssisələrin və təşkilatların iqtisadiyyatında dönüş yaratmışdırsada, digər tərəfdən əks təsirini gizlətmişdir. Son illərin elmi araşdırmaları onu təsdiq edir ki, Freon qazlarının illər boyu istifadəsi tədricən ozon qatının deşilməsinə səbəb olur. Elmi araşdırmalar bir daha sübut edir ki,ozon qatının yox olması əhəmiyyətli iqlim və hava dəyişikliklərinə, o cümlədən qlobal istiləşmələrə gətrib cıxarmışdır.Hərbi sənaye sahələrindən olan RLS-lərdə Freon qazlarından istifadə coxluq təşkil edir. Freon soyuducu qazlarından istifadə nəticə etibarı ilə parnik effektli qazların coxalmasına gətirib cıxarır və uzun illərdir ki, biz bunun təsirini görürük. Parnik effektli qazların yaranma səbəbi birmənalı şəkildə elmi-texniki tərəqqinin inkişaf etməsidir. İqlim dəyişmələrinin bu cür vüsət almasının səbəbi parnik effektli qazların artmasıdır. Son illər zavallı bəşəriyyəti təlatümlər icində yaşadan iqlim dəyişmələrinin ekoloji və seysmoekoloji aktivliyi genişlənmişdir. Müasir ekoloji problemlərin inkişafında avtomobillərin xeyli artması, hava nəqliyyatından istifadələrin coxalması, bununla yanaşı su nəqliyyatı gəmilərinin və tangerlərin hərəkəti zamanı atmosferə buraxılan (Dizel) ağır yanacaqdan istifadə edilməsindən törənən azotoksid qazlarının yaratdığı ekoloji cirklənmələr danılmazdır. Ümumdunya ölkələrinin ekoloqları və aidiyatı təşkilatlar həyacan təbili calaraq karbon qazının artmasına öz münasibətlərini bildirmişlər. Bunun nəticəsi olaraq respublikamızda bir vaxtlar avtomobillərdən ətraf mühitə buraxılan azotoksid və dəm qazına qarşı geniş və möhtəşəm tədbirlər kecrilmişdir. Qismən də olsa, həyata kecrilən tədbirlər öz bəhrəsini verdi: azotoksid və dəm qazının azlamasına nail olundu. 

Lakin bununla razılaşmaq mümkündürmü? İqlim dəyişmələrinə və qlobal istiləşmənin baş verməsinə yalnız avtomobillərinmi təsiri olmuşdur? 
Belə ki sözügedən məsələ barədə, hec vaxt diqqətmizdə olmayan, həmişə ekoloji cirkləndirmələrdə mətləbdən kənar qalan hava nəqliyyatının təyyarələrin təsiri barədə nə deyə bilərik?

 Hava nəqliyyatı yüksək templə inkişaf edirsədə, bir o qədər də ekoloji amillərə təsir göstərir. Bununla belə yenə də ekoloji sahələrə hər il ayrılan büdcə azlıq təşkil edir. Söz yox ki, təyyarə və kosmanavtika sənaye sahələrinin inkişafı labüddür. Təəssüf ki, hava nəqliyyatına ayrılan xərclər ekoloji mühafizə tədbirlərilə müqayisədə qat-qat coxdur. Bunun nəticəsi olaraq parnik effektli qazların yaranmasında təyyarələrin ekoloji cirkləndirmələrdə ciddi təsir dairəsinə malik ustünlukləri mövcuddur. İnkişaf etmiş ölkələrin ekoloqlarının ekoloji elmi araşdırmalarından aldığmız məlumatda bildirilir: 

Sitat: Müasir texnikalardan istifadə zamanı avtomobillərdən hava təbəqəsinə buraxılan ozotoksid dəm qazları nəticəsində karbon qazının qatılığı 9-10 % artmışdr. Belə ki, 90-cı ildən Beynəlxalq hava nəqliyyatının ucuşları zamanı parnik effektli qazların yaranmasının 83%-i təyyarələrin payına düşür. Təyyarələrin ucuşu zamanı reaktiv mühərrikdən cıxan sıxılmış yanacaq karbon (CO2) oksigenlə (O2)qarışaraq iki dəfə cox zəhərli tullantılara cevrilməklə ekoloji amillərə və antropaloji faktorlara öz təsirini görsətməkdədir. Yükdaşıma təyyarələri, hətta yüksək səviyyədə ucan zaman təyyarədən buraxılan karbon qazının ekoloji fəsadları onu təsdiq edirki, havada karbonun və oksigenin bir-biri ilə qarışması zamanı səmada qalın ağ rəngli bulud kimi iz salır. 
Ekoloqların araşdırmaları onu da təsdiq edir ki, yükdaşıyan təyyarələrin cox yüksəkdən ucması daha zəhərli maddələrin təsir dairəsini aktivləşdirir. Bu da parnik effektli qazların yaranmasına rəvac verib, iqlim dəyişmələrinə təsir edir. Müqayisə etsək görərik ki, adi sərnişin daşıyan təyyarələrin ucuşu vaxtı ətraf mühitə buraxdığı parnik effektli zəhərili qazın miqdarı bir gündə şəhərdaxili nəqliyyatdan havaya buraxılan azotoksid və dəm qazlarından coxdur. Əfsuslar olsun ki, bu günə qədər hava nəqliyyatı, o cümlədən yükdaşıma təyyarələri zamanı ekoloji cirkləndirmələrə qarşı ekoloji vergi siyasətindən kənar qalır. Belə ki, ekoloji cirkləndirmələrə ekoloji vergiödəmə siyasəti reallaşarsa hər bir müəssisə və təşkilat, o cümlədən hava nəqliyyatı tərəfindən ətraf mühitə parnik effektli zəhərli qazların buraxılmasının qarşısının alınması təmin edləbilər. 
Sitat: Beynalxalq Dövlətlərarası İqlim Dəyışmələri üzrə Ekspertin bildirdiyinə görə təyyarələrin gecə ucuşları üc-dörd dəfə cox iqlim dəyişmələrinə öz təsirini göstərir ki, nəticədə karbon dioksid qazlarının buraxılması qlobal istiləşmənin fəallığını aktivləşdirir. Yəni səmada əmələ gələn “ağ bulud”- zəhərli maddələrin oksigenlə qarışması zamanı sıxılmış qaz, su buxarına, su damcılarına, turşulu azot və sulfata cevrilməklə iki saata qədər hava qatında qalır.  
Görkəmli rus seleksiyaçısı Micurinin məşhur bir deyimi var: təbiətdən mərhəmət gözləməyək ki, o bizə nə verəcək, biz təbiətdən onu zorla alaq. 
Təbiət insanlara nə lazım olmuşdursa onu bəxş etmişdir. Lakin bunların müqabilində biz təbiəti ekoloji cirkləndirmələrdə zorakılğa məhkum edirik. Dünyanı zavallı günə salmaqla məşğuluq. Dərk etmək istəmirik ki,ekoloji təfəkkürün inkişafına nail olaq. Daha vacibdir Ana təbiətmizin qorunması başlıca istiqamətlərdən olmalıdır. Canlı, lakin dili olmayan təbiətin ekoloji cirklənmələri artıq məcrasından cıxmışdır. 

 Kənd təsərrüfatında əkincilik tərəvəzlərinin genlərinin dəyişdirilməsi- “GMO” mənşəlli toxumlarla əvəz edilərək, geniş yayılması ilə təbiətə qarşı zorakılq tətbiq edilmişdir. Öz növbəsində bioloji amillər, mənşəyi bilinməyən “GMO” bitkilərin qurbanına cevrilərək süni qanunların dəyişmə təsirinə məruz qalır. Həmin məhsullar nəinki təbiətə neqativ təsirini görsətməkdədir, eyni zamanda insanlarda yolxucu xəstəliklərin yayılmasına əsas verir. Buna səbəb maldarlığın inkişaf etmə prosesində süni (GMO) mayalanmaların və quşculuq fabrikilərində tez yetişdirilən quşların ərsyə gəlməsində aparılan təcürbələrin “GMO” mənşəlli olmasıdır. Bunların inkişafına səbəb təbiətdən istədiyimizi alıb ona qarşı zorakılıqlar etdiyimiz halda təbiət bunları qəbul etməyib.Təbiətin “danışan dilinə” və qəzəbinə cavab verə bilmirik. Belə ki, təbiətin danışan dili onun Qasırğası, Qarı, Leysan Yağışı, Dolusu, Şaxtası, Seysmoekoloji dağıntıları, başqa sözlə təbii fəlakətləridir. Bu zaman yenə də nədənsə zavallı təbiəti ittiham edib, onu günahlandırırıq. Lakin bir istiqamətdə inkişafın törətdiyi texnogen dağıntılar ekoloji fəlakətlərin yaranmasına səbəbkar olduğumuzu görmək istəmirik.Təbiətin qəzəbi iqtisadiyyatda da öz təsirini göstərir. İnsan əlləri ilə əkib-becərilən kənd təsərüfatı məhsulları təbii fəlakətlərin qurbanına cevrilir. Dağıntıya məruz qalır.Yenə də şüurlu elm fədailəri, məmurlar və insanlar bunula belə təbiətin ekoloji amillərinə qarşı küt təfəkkür siyasətini davam etdirirlər. Canlı təbiət də insan kimi xəstəliyə dücar olur. Təbiətin sağlamlığı ondan irəli gəlir ki, öznün varlığnı, füsünkar gözəlliyini özündə ehtiva edir. Təbiətin xəstəliyi o zaman baş qaldırır ki, təbii sərvətlərini özündə saxlaya bilmir. Vulkanlar, təbii zəlzələlər, Neft-qaz püskürməsi və daş kömürün təbii dağıntıları, Şəlalələri, Kəhrizləri yaratmaqla təbiət sanki özünü sağaldır. Neft ölkələrində baş verən təbii fəlakətlərin yaranması məhz təbiətin xəstəliyindən əmələ gəlmişdir. Lakin təbiət, xəstəliyindən xilas olma zamanı həmdə strateji əhəmiyyətli təbii sərvətlərini bəxş edir. Neft, qaz və daş kömür bu gün dünyanı təmin edən strateji əhəmiyyətli enerji mənbələridir.Mövcud müasir texnologiyalar sayəsində emal edilən təbii sərvətlərin istehsalı ilə ekoloji cirklənmələrə səbəb oluruq. Strateji əhəmiyyətli sərvətlərimiz-neft, qaz və kömür atmosferə coxlu miqdarda CO2 karbon dioksid ixrac edir. Ekosistemlərin dəyişməsində bu maddə kifayət qədər təsirini əsirgəmir. Kömür istehsalının emalı ekoloji mühitə cidi təsirini göstərərək hər an ekoloji ucrumlara səbəb olur. Antropagen fəaliyyət ölümlə nəticələnir. Neft məhsullarının emal edilməsində Dünya üzrə neftin 40 % istehsalına nail olunub. Əldə olunan Neftin 60 %-i yarasız halda tulantılara cevrilib ekoloji cirklənmələr, ufunətli iyn zəhərli kükürdlü qazı əmələ gətrir. Zavallı bəşəriyyət insandan yüksək biliyi və texnologiyaları əsirgəməmişdir. Digər tərəfdən isə o, yüksək dərəcədə təhlükə doğuran ekoloji fəsadlarla qarşı-qarşıya qalmaqda şər və böhtanlarla üzləşməli olub. Doğrudur, yenədə təbii ağırılıqlar təbiətin üzərinə düşür. Ekosistemlər dəyişir. Ətraf mühit ekoloji cəhətdən ifrat dərəcədə cirkli olduğu kimi insanların da ekoloji şüur və təfəkkürü cirklənmişdir.Belə isə nə etməliyik ki, elm adamları, məmurlar, digər qrup insanlar ekoloji cəhətdən maariflənsinlər və sonda, ekoloji cirklənmələrin qarşısı alınsın. Nəhhəyat, təbiət də öz axarında yaşasın. Nəticə etibarı ilə insanlar ekoloji cəhətdən sağlam təfəkkürlü olsunlar.Həqiqətən də yalnız bu yolla ekoloji fəsadlardan təbiəti xilas edə bilərik

Реклама
Автор: Teymur Kasamanli Рубрика: TÜRK