KOSMİK UCUŞLARIN EKOLOJİ FƏSADLARI


Teymur Kəsəmənli      

Bəşəriyyət yarandığı gündən ətraf mühiti çirklənməyə məruz qoymuşdur. Qədim zamanlardan bu günəcən davam edən flora və faunanın tədricən deqradasiyaya uğraması prosesi insanların təbiətə  laqeyd münasibətlərindən irəli gəlmişdir. Alman alimi,bioloq Ernest Hekkel 1886-cı ildə müasir elmin başlıca istiqamətlərdən olan “ekologiya” terminini irəli sürmüşdür. E Hekkel uzaqgörənliyi sayəsində bilirdi ki, elmi-texniki tərəqqi dövrü gələcək və həmin zamandan etibarən ekoloji amillərə təsir edən tullantılar coxalacaqdır. Eyni zamanda  insanlar tərəfindən də təbiətin flora və faunasının taleyi ağır itkilərə məruz qalacaqdır.

Həmcinin ekoloji soyqırımlar və ekoloji repressiyaların baş verməsi labüddür.İllər boyu fabriklərin,zavodların və kimya sənaye müəssələrnin istehsal tullantıları təkrar emal edilməməsi, tullantısız texnologiyaların tətbiq olunmaması ekoloji cirklənmələrə gətrib cıxarmışdır.
Bunun nəticəsi olaraq caylara zəhərli və turşulu madələrin axıdılması, dənizlərin ekoloji cirklənmələri öznü göstərmişdir. Acınacaqlı hal  odur ki, hazırda okeanların zəhərlənmə həddi öz məcrasından cıxmağa başlamışdır. Son illər iqlim dəyişmələri təbii fəlakətlərin tuğyan etməsini bir az da şiddətləndirmişdir. İqlim dəyişmələr digər tərəfdən qlobal istilərin baş verməsində  öz təsirini göstərir. İsti qitələrdə isə əksinə, soyuq  hava şəraiti müşahidə edilir. Göründüyü kimi artıq təbiət istənilən an aqressiv dəyişiməyə məhkum olunur. 1941-45 ci illər müharibəsi zamanı ətraf mühitə  dəyən zərərləri nəzərə alsaq Yer üzündə aparılan müharibələrdə  törədilən partlayışlar və istifadə edilən bioloji və kimyəvi silahların sınaqları ətraf mühitin ekoloji amillərinə vurduğu zərbələr iki dəfə cox təbiətin ekoloji cirklənməsinə səbəb olmuşdur.
(Görəsən təbiətin bu qədər  aqressiv dəyişməsini başa düşürükmü?) Bəs elə isə, kimdir günahkar?

 Nəinki yalnız məskunlaşdığmız ərazilərdə ekoloji cirklənmə mövcuddur. Təssüf ki, eyni zamanda bizdən qat-qat uzaqda duran səma cisimlərinin ətrafında daha cox kosmik peyklərin Yerətrafı orbitə ucuşları kosmik zibilliklər yaradır.Əlbəttə ekoloji amillərə hörmətlə yanaşmaq,onları nəzarətdə saxlamaq vacibdir. Məlumdur ki,respublikamızda kosmik ucuşlar mövcud deyildir.Lakin ərazisindən asılı olmayaraq hər zaman kosmik ucuşlar başlananda Yerətrafı fəza öznün neqativ təsirindən yan kecə bilmir. Təbiətin öz məcarsından cıxmasının əsas səbəblərdən biri də məhz kortəbii kosmonavtika elminin inkişafında ekoloji amillərin nəzarətdən kənarda qalmasıdır. Sitat:1961-ci ildə elmi-texniki tərəqqilərə nail olan sovetlər birliyi ilk kosmik ucuşlara başladı. Həmin ildən Yerətrafı fəzada zəhərli maddələrin ətraf mühitə yayılmasına səbəb məhz raket daşyıcısı olan “Proton”da  ucuş zamanı istifadə edilən 218 ton 978 kq toksiki yanacaqdır.Bu yanacaq heptil hava qatının  zəhərlənməsinə səbəb olub. Yüz tonlarla zəhərli maddə hec də nadir hallarda işlədilmir. Belə ki, səmaya ucan raket daşıyıcısı hava qatının zəhərlənməsində mühüm ekoloji cirklənmələrə malikdir. Hər dəfə Baykanurdan ucan zaman raketdən buraxılan yanacaq və qırıntılar göydə neçə kilometrlərlə ətrafa yayılır.Həmin vaxt heptil yanacağı hava təbəqəsinə yayılaraq təbiətdə antropagen fəaliyyətə ciddi təsir göstərir; qanda zəhərlənmə, böyrək və əsəb xəstəliklərinin yaranmasına səbəb olur. Eyni zamanda heptilin torpağa hopması nəticəsində yüz miliyon hektar sahə yararsız vəziyyətə düşür ki, torpaqda zəhərlənmə və erroziyalaşmaya gətirib cıxarır. Bunun nəticəsi olaraq bu günə kimi hələ də həmin zəhərlənmələrin və münbit torpaqların yarasız hala düşməsi davam edir.Ümumdünya Səhiyyə Təşkilatının  məlumatına əsasən “Heptil” yanacağı bir nömrəli zəhərli maddə olaraq qəbul edilmişdir. Cüzi dozası insanlarda ağır zəhərlənmə və digər mənşəyi bilinməyən xəstəliklər yaradır. Yer ətrafında fırlanan sputnik və raketlər daimi faliyyət göstərmir. Onlar öz iş müddətini başa vurmaqla yanaşı, işlək peyklərə təhlükə yaradır. Cünki Yerətrafı fəzada ucan kosmik  obyektlər  bir-biri ilə toqquşma təhlükəsi  yaşayır. Əgər toqquşma baş verərsə onda  bərk hava qatnın yanma və yaxud yanmamasına zəmanət verilməsi müşkül məsələdir.

 Bu hadisələrdə kim məsuliyyət daşıyır?

 Astronavtlar Yerətrafı fəzada olarkən kosmik cirklənmələri  öz gözlərilə görməsi belə deməyə əsas verir ki, bəşəriyyətin  məhvolma təhlükəsi cox da uzaqda deyil. Onlar sanki Yerətrafı fəzaya atılan tulantılarla rastlaşdıqca hansısa manevrlərin aparılması və “Arian” kosmik güllə parcaları, eyni zamanda arxa tərəfində dayanmış “Planetlərarası Aysberqə” bənzədilən tullantılarla rastlaşmalarını xatırlayırlar. Pilotlar gördüklərini bir növ cəfəngiyyat kimi qəbul etsələr də, gözləri ilə canlı şahidi olduqları kosmik ekoloji fəsadların hər an baş verə biləcəyi reallıqlarını təsdiq edirlər.Kosmik fəzada asteroid və kometanın olması bir o qədər də təlükə doğurmur, nəinki Yerətrafı fəzada “dəmir”qırıntılarının təhlükəli hal alması. Bunlarla yanaşı, kosmik cirklənmələr yaradan kosmik aparatlar istifadə müddətini başa vursalar da ekoloji təhlükə mənbəyi olaraq qalırlar. Lakin bu təhlükələrin qarşısını almaqda məsulliyəti hec bir dövlət öz üzərinə götürmək istəmir. Artıq qeyd etdiyimiz kimi, biosfer yarandığı gündən  təhlükələrlə qarşı-qarşıya dayanmaqdadır. Apardığmız araşdırmalardan məlum olmuşdur ki, planetin zavallı Bəşəriyyətə cevrilməsi təbiətə laqeyd münasibətdən döğur. Bir tərəfdən elmin inkişaf etməsi nə qədər labüddürsə, digər tərəfdən surətlə inkişaf edən kosmik elmi-texniki tərəqqinin  təsir dairəsi ciddi təhlükələr yaradır.Yenə də zavallı bəşəriyyətin sağlam təbii ətraf mühiti unudularaq kosmik tullantılarla cirkləndirilir. Amma elm fədailəri öncə ekoloji düşüncə mədəniyyətini irəli cəkib məhz bu qovuşuqda elmin inkişafına nail olmalıdırlar. Yer üzündə inkişaf etmiş dövlətlər bir-biri ilə döyüşdüyü kimi elmiləri də qarşı-qarşıya qoymaqdan əl cəkmək istəmirlər. Eləcə də, iqlim dəyişmələri və qlobal istiləşmnin vüsət alması. Təbiətin aqressiv dəyişməsinin səbəbləri ilk növbədə elmdə aparılan inkişafın irəliləməsindən olub əks təsirini göstərməsidir. Məlum məsələdir ki, təbii qasırğalar nadir hallarda baş verir. Əsrlər boyu isti qitə kimi tanınan Afrikada iqlimin dəyişdirilməsi nəticəsində qar yağması kimi hadisə təəccübə səbəb olub.Şimal hissələrdə istiləşmənin baş verməsilə aysberqlərin yaranması, təhlüklər doğurmaqla yanaşı sel-suların daşması ilə də nəticələnir. Bu zaman baş verə biləcək qasırğalar özünü ğöstərir. Əldə edilən tektonik silahlara sahib cıxılması nəticəsində yeraltı catlarda zəlzələ ocaqlarının faliyyəti zamanı zəlzələlərin baş verməsinə səbəb məhz (seysmoekoloji amillərə neqativ təsiri) ekosistemin dəyişməsidir. Polad dirəklər üzərində qurulsa da,  elmdə aparılan birtərəfli inkişaf  planeti daim təhlükə doğuran təlatümlər icində yaşadır. Maqnit sahələrinin coxalması insan sağlamlığna məlum olmayan xəstəliklər gətrir, üstəlik bioloji müxtəlifliyə də öz təsirini göstərir.Artıq planetin öz məcrasından cıxması  təsadüfü hal kimi qəbul edilə bilməz.Yeri gəlmişkən, inkişaf etmiş dövlətlərin Yerətrafı fəzadan geniş istifadə etməsi günün vacib məsələsi kimi aktualdır və onu danmaq mümkün deyildir. Həmin dövlətlər Yerətrafı fəzadan geniş istifadə etməklə kosmik tullantıları zibilliklərə cevrir. Lakin məsulliyəti üzərlərinə götürmək istəmirlər. Kosmosda quraşdırılan peyklər və sputnik qurğularından yaranan maqnitli sahələr iti surətlə fəallaşır. Maqnitli sahələrin Yerətrafı orbitdə yayılması baş verərsə kosmosda olan enerji daşyıcıları,hətta mobil telefonlar vastəsilə şualanmanı yerə ötürməklə qlobal partlayış yaradacaq. Maqnit sahəsinin partlayış verməsi isə planetin dəyişməsinə səbəb olacaqdır. İyirminci əsrin 90-cı illərindən sovetlər birliynin kosmik ucuşları dayandırılsa da, sivil dövlətlər kosmik elmi-texniki tərəqqinin surətli inkişafını davam etdirlər. Elmin yüksək inkişaf etməsi maraqlı məqamlar doğurur: necə olur ki, kosmonavtika elmi inkişaf edib ekoloji cirkləndirmələr yaratsın, amma ekoloji texnologiyaların yoxluğu və peyklərin, gəmilərin istifadə müddəti bitdikdən sonra onlar Yerətrafı orbitdən Yerə endirilməsin. Belə olan halda bir elmin inkişaf etməsinin mümkünlüyü, digər elmin isə yoxluğu təəccüb doğurmaya bilməz. 

 Bəs zavallı Bəşəriyyəti kim qorumalıdır?- Bu sual indi birmənalı şəkildə haqlı olaraq hamını dərindən düşündürür.               

Sitat:Alman alimi astranom Mixaelya Osvaldonun proqnozuna görə hal-hazırda insan əlləri ilə yer ətrafı orbitdə 330 millon (təəccüblüdür deyilmi?) obyekt quraşdırılmışdır. Bu cür obyektlərin coxluğu qənaətinə gəlincə atılan tullantıları hesablasaq yer ətrafı fəzada kosmik cirklənmələrin həcmi daha cox təşkil etdiyini görəcəyik. Coxluq təşkil edən kosmik tullantılar daimə cirkləndirmə və təhlükə yaradan detallardan  ibarətdir. Onlardan atılmış sputnik, yanmış raketin mühərriki, itrilmiş alətlər, kalpaklar  və kalpacoklar, kilitlər, bərkidilmələrdə istifadə edilən elementlər, dəmir pazlar, bolt və borular, bərk yanacaqla işləyən mühərriklər və raketlər vardır.Həmin tullantıların bir-biri ilə yaxınlıq məsafələri bir santımetir olub, hər an təhlükə doğura biləcəkdir.Bunların bir-biri ilə toqquşma zamanı elektromexaniki reaksiya verməsi sputnikdə istifadə edilən akkumlyatorların partlayış verməsi ilə nəticələnməsidir.Bu zaman fəzada ekoloji cirklənməyə səbəb olan ağır itkilər ortaya cıxacaqdır. Bununla, sonu olmayan partlayışlar, hətta Yerətrafı fəzada ucan sputniklərin partlayışı gözlənilməz yanacaq çəlləklərinə də təsirini göstərəcəkdir.Nəticə etibarıilə kosmik ekoloji fəsadlar bəşəriyyətin fırlanan şarına ciddi müqavimət göstərəcəkdir.Həmcinin necə min kilometr yerdən uzaqlarda giostasyonar orbit qurğularına (36 min radiusunda) öz təsirini əsirgəməyəcək. Eyni zamanda idarəetmə gəmiləri özü ilə bərabər yerdə istifadə edilən süni sputniklərə də sərt təsirini göstərməkdə davam edəcəkdir.Amerika Birləşmiş Ştatlarının Radiolokasiya Stansiyasının müşahidə aparması nəticəsində onbir min obyektin kosmik tullantıları təsdiq edilmişdir. Aşağı-Yerətrafına yaxın hissələrdə daha cox 10 santımetirlik  dayanacaqlı orbitdə obyekt ətrafında bir metrə yaxın kosmik detal qırıntılarını görməmək mümkün deyildir. Şimali Amerika  Antikosmik Müdafiə Qərargahın kataloq jurnalı bildirir ki, bizə məlum olan kosmik fəzada  obyektlərdən atılan tulantılar ekoloji cirklənmə kateqoriyasına daxil edilmişdir. Yerətrafı orbitdə mövcüd olan iri obyektlər bir-biri ilə toqquşarsa həmin vaxt qalın detallar dan olsa da belə təlükəsizliyinin təmin edilməsi mümkün deyildir. Səbəbi isə odur ki qırıntılar kosmosda iyirmi dəfə tez ucurlar. Atılan qırıntılar kosmik gəmi ücün təhlükə doğurur. Bu tullantılar kosmik fəzada 600 min növə yaxın olub, qarşısını almaq  mümkünsüzdür.Həmin tullantılar ölcüsündən və cəkisindən aslı olmayaraq kosmik gəminin divarlarını cox asanlıqla deşə bilirlər. Əgər bunlar saniyədə 10 kilometr surətlə irəliləyərsə, həmin vaxt gəminin yuxarı hissəsi enerji daşyıcısı olduğu ücün əl qumbarası kimi partlamağa səbəb olacaqdır.Beləliklə, göründüyü kimi kosmonovtikanın inkişafı hec də bizə yalnız xoş gələcək vəd etmir. Antropoloji faktor olaraq Yerətrafı fəzada istifadə edilən obyektlər, planetin özündəki tullantı mənbələrindən qat-qat artıq dərəcədə cirkləndirici maddələrlə ətraf mühitə neqativ təsir göstərir ki, bunun da acı nəticələrini biz görməsək də gələcək nəsil görəcəkdir.

Advertisements
By Teymur Kasamanli Posted in TÜRK