MƏKTƏBLİLƏRİN “MÖCÜZƏLƏR ALƏMİNƏ” SƏYAHƏTİ


DSC02583 (1)Elitar Gimnaziyanın biologiya müəllimi Biologiya elimləri namizədi İ.Ə.Süleymanova.

Son illər ekoloji təmiz məhsul istehsalı istiqamətində müşahidə olunan pozitiv dəyişikliklər ilk öncə hamımıza yaxşı tanış olan yağış qurdlarının, başqa sözlə soxulcanların hazırladıqları biohumus və biomaks kimi üzvi gübrələrin müxtəlif mədəni bitkilərin becərilməsində geniş tətbiqinin nəticəsi kimi qiymətləndirilir. ULU TANRININ təbiətə və insanlara bəxş etdiyi bu canlı orqanizmlərin “yorulmaz əməyinin” səbəbidir ki, bu gün təbii və antropogen amillərin təsirindən deqradasiva uğramış torpaqların münbitliyinin yenidən bərpa olunması və həmən ərazilərə əlavə kimyəvi gübrələr vermədən yüksək keyfiyyətli ekoloji təmiz məhsulun əldə edilməsi mümkün olmuşdur. Araşdirmalar göstərir ki, dünya bazarlarında bu qəbildən olan ekoloji təmiz sağlam qida məhsullari istehsalının ümumi həcmi artıq 25 milyarda çatmışdır və bu rəqəmin yaxın illərdə bir qədər də artmasi proqnozlaşdırılır. Azərbaycanda biohumus və biomaks üzvi gübrələrini istehsal edən müəssisənin artıq 7 ildir ki fəaliyyət göstərməsi, bu istiqamətdə işlərin ən müxtəlif səviyyələrdə, məktəbyanı sahələrdən başlayaraq böyük fermer təsərrüfatlarına qədər böyuk ərazilərdə aparılmasına geniş imkanlar yaradır. Məqsəd isə birdir – elmin, texnologiyanın potensialından maksimum yararlanaraq cəmiyyətimiz üçün ekoloji cəhətdən təmiz, sağlamlıq baxımından keyfiyyətli qida məhsullarının ceşidinin və həcminin artırılmasıdır.

Bu sahədə Respublikamızın ən qabaqcıl orta təhsil ocaqlarından sayılan, görkəmli yazıçımız İlyas Əfəndiyevin adını daşıyan Elitar Gimnaziyanın müəllim və şagird kollektivinin təşəbbüsü ilə məktəb səviyyəsində ilk kiçik həcmli tədqiqat işləri aparılmış, biohumus üzvi gübrələrin müxtəlif bitkilərin inkişafında rolu tədqiq olunmuş, alınan nəticələr şagird və müəllimlərin iştirakı ilə müzakirə edilmişdir. Öncə qeyd edək ki, bu tədqiqat işi müvafiq mərhələləri əhatə etməklə əvvəlcədən hazırlanmış plan əsasında həyata keçirilmişdir. İlkin mərhələdə məqsəd elmin bu sahəsinə böyük maraq göstərən fəal şagirdlərin düzgün seçimindən və onları Bakı şəhəri, Şüvalan qəsəbəsində yerləşən AqriBioEkoTex müəssisəsi ilə, onun əsas fəaliyyət istiqaməti, apardığı təcrübələr və əldə etdiyi nailiyyətlərlə tanış etməkdən ibarət idi. Müəssisə rəhbərinin razılığı əsasında məktəbin müdiriyyəti uşaqların Şüvalan qəsəbəsinə aparılması üçün nəqliyyat ayrılmış, nəzərdə tutulan vaxta onların gedişi təmin olunmuşdur. Müəssisə rəhbərliyi ilə tanışlıqdan sonra şagirdlərə təşkilatın yaranması tarixi haqqında, burada aparılan tədqiqat işləri və onların əhəmiyyəti, eləcə də gələcəkdə sağlam cəmiyyət qurulması yolunda müəssisənin perspektiv planları ilə bağlı geniş məlumat verildi.

Təşkilatın nəzdində fəaliyyət göstərən ayrı-ayrı laborotoriya və istixanalarda həyata keçirilən müxtəlif səpgili tədqiqat işləri və təcrübələr, eləcə də, yağış qurdlarının saxlanması, artırılması, onların fəaliyyətindən istehsal olunan üzvi gübrələrin qablaşdırılması üçün ayrılmış örtülü binalarda aparılan kompleks işlər uşaqlarda böyük maraq doğurdu. Şağirdlərin öz istəyi və göstərdikləri təşəbbüslə soxulcanlar üçün qidanın hazırlanmasında, qurdların yemləndirilməsində, əldə edilən üzvi gübrələrin müxtəlif həcmə malik olan kisələrə qablaşdırılmasında bilavasitə iştirak etmək arzularını reallaşdırmaq üçün imkan yaradıldı. Sonrakı mərhələdə şagirdlər müəssisədə istehsal olunan üzvi gübrələrin tətbiqi ilə istixanalarda yetişdirilən pomidor və xiyar bitkilərinin inkişafında baş verən “möcüzəvi” dəyişikliklər ilə tanış oldular. 

Uşaqlar bu “möcüzəni”, daha dolğun dərk etsinlər deyə, öncə onlara heç bir üzvi gübrə tətbiq edilməyən, əvəzində, son onilliklərdə bol məhsul almaq üçün yuksək dozalarda kimyəvi birləşmələrdən istifadə olunan istixanalardakı bitkilərin vəziyyəti göstərildi. Şagirdlərin müxtəlif təyinatlı istixanalardakı bitkilərin vəziyyəti ilə bağlı müşahidə etdikləri fərq onları heyran etdi. İlk növbədə üzvi gübrələr tətbiq olunan istixanalarda havanın nəfəs üçün son dərəcə yüngül və təmiz olması idi. Şagirdlərə bildirildi ki, artıq neçə ildir ki üzvi gübrələr tətbiq edilən istixanalarda çalışan əməkdaşlar heç bir xəstəlikdən əzab çəkməmiş, onlarda zəhərlənmə faktı qeydə alınmamışdır. Təcrübə istixanalarında havanın nəfəs üçün bu dərəcədə təmiz və yüngül olmasının səbəbini soruşanda onlara məlumat verildiki, şahidi olduqları saf havanın əsas səbəbi istehsal edilən üzvi gübrələrin təmamilə heç bir qoxuya malik olmamasıdır. Uşaqları maraqlandıran digər bir sual pomidor və xiyar tağlarının gur inkişafı, meyvələrfin tağüstündə çoxluğu iri ölçüləri dad xüsusiyyətlərinin isə açıq havada yetişdirilən analoqlarından heç də fərqlənməməsi ilə əlaqədar idi. Söylənildi ki, üzvi gübrələrin ən qiymətli xüsusiyyətlərindən biri bitkilərin meyvələrinin təbii tamına xətəl yətirilməməsidir və bu amil ekoloji təmiz məhsul istehsalının əsas gösyəricisi olmaqla, həm də onun qarantıdır. Məktəbliləri “möcüzələr aləmində” daha çox heyrətləndirən məsələlərdən biri də sınaq istixanalarında əldə edilən son məhsulun həcmi idi. Müəssisə əməkdaşları onlara bildirdilər ki, burada yığılan məhsulun həcmi adi istixanalarda əldə edilən məhsuldan 3 və hətta 4 dəfə artıqdır.Səyahətimizin sonunda şagirdlər oxuduqları məktəbin yaşıl güşəsində becərdikləri müxtəlif bitkilərə biohumusu tətbiq etməklə təcrübələr aparmaq istəklərini bildirdilər. Müəssisənin rəhbəri onların bu təşəbbüsünü alqışladı, arzu və istəklərini həyata keçirmək üçün uşaqlara nəzərdə tutduqları eksperimentləri gercəkləşdirmək məqsədilə təmənnasız 30 kg üzvi gübrə bağışlanmasına göstəriş verdi.  Bununlada nəzərdə tutulan ümumi işin ikinci mərhələsi sona çatdı. Böyük təəssüratlarla məktəbə qayıdan şagirdlər elə ertəsi günü onları müəssisəyə müşayət edən biologiya müəlliməsi, biologiya elmləri namizədi İ. Süleymanovanın rəhbərliyi altında təcrübələrin icrasına başladılar ki, bu da ümumi işin sonuncu mərhələsi kimi nəzərdə tutulmuşdu. Təcrübələrə məktəbin yaşıl güşəsində dipcəklərdə yetişdirilən ətirşah və digər müxtəlif dekorotiv bitkilər cəlb edilmişdir. Hər bir növə məxsus olan bitkilər 3 qrupa bölünərək, 30 gün müddətində müqayisəli şəkildə öyrənilmiş, onlarda baş verən fərqli dəyişikliklər qeydə alınmışdır. Birinci qrup bitkilərə nəzarət qrupları, yəni onlara, inkişafları dövrlərində adi gübrə tətbiq edilən, 2-ci ve 3-cü qruplara isə sınaq qrupları, yəni hər bir bitkiyə 200 q hesabı ilə biohumus ve antinematod tətbiq olunmuş bitki qrupları aid edilmişdi. Gənc tədqiqatçılar Elnur ve Fərid tərəfindən aparılan vaxtaşırı müşahidələrin nəticələri göstərdiki, üzvi gübrə tətbiq olunan bütün qrup bitkilərin inkişaf sürəti, boyları, yarpaqlarının ölçüləri nəzarət bitkilərin həmən əlamətlərin müvafiq göstəricilərinə nisbətən xeyli yüksək olmuşdur. Şagirdlərin müşahidə dəftərində apardıqları qeydlərdə sınaq bitkilərin yarpaqlarının nəzarət obyektlərinə nisbətən daha intensiv tünd rəngə malik olduqları göstərilmişdi. Mənasına görə bəsit, məzmununa görə isə dərin əhəmiyyət kəsb edən belə təcrübələrin məktəb səviyyəsində aparilması bir tərəfdən məktəblilərdə tədqiqat işlərinə marağın formalaşmasına xidmət edəcək,diğər tərəfdən,təcrübələrin hansı üslubda və necə həyata keçirilməsi sirlərinə yiyələnmələrinə köməklik göstərəcək.

 

Advertisements
By Teymur Kasamanli Posted in TÜRK