TANIŞ OLUN MARAQLI GÖBƏLƏKLƏR


Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ziyanvericilər və
xəstəliklərlə mübarizə mərkəzi b.e.n. A. İ. Qəribov
Azərbaycan Respublikasının fəxri təqaüdçüsü,
k.t.e.n. A. M. Məmmədov

images

Göbələklər də bakteriyalar kimi xlorofilsiz ibtidai bitkilərə aid olub, 100000-ə qədər növü vardır. Onların xeyirli, eyni zamanda insan, heyvan və bitkilərdə müxtəlif xəstəliklər törədən, məhsulların xarab olmasına səbəb olan növləri də geniş yayılmışdır. Göbələklərə torpaqda, suda, bitkilərdə rast gəlinir və əksəriyyəti parazitdir.

Morfoloji quruluşuna görə zəif differensasiya etmiş və hüceyrələrində müəyyən vəzifə bölgüsü yoxdur.
Bu yazıda bizim məqsədimiz sizləri bütün göbələk növləri ilə deyil, yalnız çox maraqlı göbələklərlə tanış etməkdir. Onlar aşağıdakılardır:

I. Oidium, unlu şeh və ya külləmə göbələyi.
Respublikamızın meşələrində sanki un çilənmiş ağaclara rast gəlinir. Onlar kisəli parazit göbələklərlə zədələnmişdir. Bu ziyanvericinin göbələk telləri yarpaqların üzərində xüsusi əmziklərlə bərkiyərək böyüyürlər. Sonrakı mərhələdə bu göbələklər bitkinin toxumasına daxil olaraq ondakı qida maddələrini sorurlar. Göbələk tellərində inkişaf edən qeyri-cinsi sporlar külək vasitəsilə yayılaraq digər bitkilərə də zərər vururlar. Yayın ikinci yarısında göbələklə zədələnmiş bitki hissələrində çoxlu miqdarda kiçik tutqun ləkələr müşahidə olunur. Bu sporla dolu olan hüceyrə cisimcikləri digər zədələnmiş bitkilər üçün təhlükə mənbəyidir.
Külləmə göbələyinin bir çox növləri dənli bitkilər, meyvə ağaclarını, tərəfəz bitkilərini və digər meşə ağaclarını zədələyirlər. Belə ki, külləmə göbələyi (uncinula necator) – üzümlüklərin ən təhlükəli paraziti hesab olunur və üzümün məhsuldarlığına çox ciddi zərər yetirir. Bu göbələklə ən çox palıd ağacları sirayətlənir. Yay aylarının sonunda palıd meşələrində sanki çirkli sabun suyu ilə əhatə olunmuş ağaclara rast gəlinir. Bu göbələk xəstəliyi ilə müxtəlif üsullarla mübarizə tədbirləri həyata keçirilir. Adətən bu, göbələklər üçün zəhərli olan kimyəvi preparatlarla həyata keçirilir. Odur ki, onunla mübarizədə ən yaxşı üsul zərərli göbələyə dözümlü olan bitki növlərinin əkilməsi məsləhətdir.

457451jkhmhII. Dombalan (tryufel)
Kartof yumrularına bənzəyən bu göbələk torpağın altında inkişaf edir. Bu göbələk ən çox isti Avropa ölkələrində – Fransa, İtaliya, İspaniyada daha populyar hesab olunur. Ən qiymətli tryufel əsl qara Fransız (Tuber melanosporum) tryufeli hesab olunur. Bu göbələklərin 100-ə qədər növü vardır. Bu göbələyi əldə etmək üçün təlim keçmiş donuz və itlərdən istifadə edirlər. Bu heyvanlar 20 m məsafədən göbələyin iyini hiss etmək qabiliyyətinə malikdirlər. Bu üsulla «itlə tryufel ovu» etmək İtaliyada XV əsrdən məlumdur. Bu məqsədlə küçükləri otaqda tryufel həlimi əlavə edilmiş südlə qidalandırırlar. Sonra isə onları meşəyə buraxırlar. Yaxşı təlim keçmiş it meşə quşları və yırtıcı heyvanlardan yayınaraq torpağı diqqətlə iyləməklə tryufel göbələyini taparaq hürürlər. Bir çox Fransa əyalətlərində qədimdən bu göbələkləri tryufel milçəklərinin köməyi ilə tapırlar. Belə ki, bir çox milçək növləri öz yumurtalarını tryufel göbələyi olan torpağın yanında qoyurlar və onların sürfələri həmin göbələklərlə qidalanırlar. Bu milçəklərin uçuşunu müşahidə etməklə həmin göbələkləri tapmaq mümkündür.

III. Cadugər həlqəsi və ya dairəsi göbələkləri
Hələ orta əsrlərdə insanların diqqətini göbələklərin böyüməsi cəlb edirdi. Söhbət çöllərdə, meşələrdə «Cadugər dairəsi» yaxud «Cadugər həlqəsi» əmələ gətirən şampinyon, xoruz göbələyi, çətirli göbələklərdən gedir. «Cadugər dairəsi» adı orta əsrlərdə yaranmışdır. Belə ki, dairəvi formada bitmiş göbələklərin ortasında cadugərlər toplaşaraq xor oxumaqla öz dini ayinlərini həyata keçirmişlər. Bu səbəbdən tapdalanmış hissədə şübhəsiz ki, göbələk bitməsi çətinləşmişdir. Əslində isə bu hadisə onunla izah edilir ki, əksər papaqlı göbələklərin telləri çoxillikdir və mərkəzə qaçma böyümə qabiliyyətləri ilə səciyyələnir. Belə böyümə zamanı açıq sahələrdə onlar bərabər miqdarda yayılırlar və onların hər il inkişafına heç nə mane ola bilməz. Bu zaman göbələk dairəsinin diametri ildən-ilə genişlənir və keçirilən ayın sayəsində dairənin ortasındakı otlar topdalaranaq ildən-ilə azalır və məhv olur. Yalnız göbələk dairəsi nahiyyəsində göbələk telləri zədələnməmiş qaldıqlarından yaxşı inkişaf edirlər. Göbələk dairəsi hətta göbələk inkişaf etmədiyi dövrdə də yaxşı görünür. «Cadugər dairəsi»nin ölçünsü bu şəraitdə 10 m-dən də çox ola bilər. Göbələk mitsellərinin böyümə surəti radius boyunca şəraitdən və göbələyin növündən asılı olaraq il ərzində 8-50 sm-ə qədər çata bilər. Bir göbələk dairələrinin yaşı göbələk tellərinin diametri və böyümə sürətindən asılı olaraq 100 ilə qədər çata bilər.

IV. İşıq saçan göbələklər
Göbələklərin çox maraqlı gəhətlərindən biri də onların işıq saçmasıdır. İşıq saçma göbələklərin hifləri, meyvə cisimciyi və sporları sayəsində baş verir. Ağcaqovaq meşəsində tez-tez yarpaqların gecələr işıq saçmasını müşahidə etmək mümkündür. Bu yarpaq üzərində çox kiçik papaqlı göbələklərdən olan Marazmius və Misen göbələklərinin meyvə cisimciklərinin yayılması ilə əlaqədardır. İşıq saçan göbələklərə Sibir meşələrində daha çox rast gəlinir. Xoruz göbələklərinin rizomorfları meşələrdə yadda qalan görüntü yaradırlar. Bəzi qoca göbələklər isə mavi-yaşıl rəngdə işıq saçırlar ki, onlara da lyuminofor göbələklər deyirlər. Belə göbələklərdə işıq saçma papağın alt hissəində və lövhəciklərində fosforun və kiçik mikroskopik bakteriyaların olması ilə əlaqədardır. Çürümə göbələyi, yaz quru-ağac göbələkləri rütubətli tutqun havada işıq saçırlar. Təsadüfi deyildir ki, lyuminofor meşə göbələklərini meşə sinoptikləri adlandırırlar. Onların işıq saçması havanın pisliyə doğru dəyişməsinə işarədir.

 

Advertisements
By Teymur Kasamanli Posted in TÜRK