FƏSİLLƏR


images9AKASİYA AĞACI ÇİÇƏYİ
Dövr: Oliqosen
Yaşı: 25 milyon il
Bölgə: Dominikan Respublikası
Bitkilərin hər birinin öz növünə aid xüsusiyyətləri var. Rəngləri, dadları, quruluşları, çoxalma formaları bir-birindən fərqlənir. Yarpaqlar dünyanın hər yerində fotosintez etmək üçün mexanizmlərə malikdir. Bənzərsiz daşıma sistemləri dünyanın hər yerindəki bitkilərdə var. Bu kompleks, reduksiya edilməz mexanizmlərin təkamülçülərin iddia etdiyi kimi təsadüfən əmələ gəlməsi qeyri-mümkündür.
Bütün bunlar bizə bir nəticəni göstərir: bütün canlılar kimi, bitkilər də yaradılmışdır və ilk dəfə mövcud olduqları andan etibarən bütün mexanizmləri tam şəkildədir.
 ÇİNAR YARPAĞI
 Dövr: Eosen
Yaşı: 54-37 milyon il
Bölgə: Qrin River, Kolorado, ABŞ
Təqribən 50-100 milyon il əvvələ aid yarpaq, həşərat və balıq fosilləri darvinizmə meydan oxuyur. Təkamül nəzəriyyəsinə əsasən, fantastik təkamül prosesi keçirmiş və ara forma xüsusiyyətində olan bu canlılar, əslində, dövrümüzdəki həmnövləri ilə tamamilə eynidir. Bu fakt canlıların tarixin heç bir dövründə təkamül keçirmədiyinin qəti dəlilidir.
 ÇAQQAL KƏLLƏ SÜMÜYÜ
 Dövr: Eosen
Yaşı: 51 milyon il
Bölgə: Qao Xionq, Tayvan
Bu günə qədər canlı növlərinin ortaq əcdadını göstərən heç bir fosil tapılmamışdır. Canlıların dəyişiklik keçirdiyinə dair fosil qeydlərində heç bir iz yoxdur. Bəs nə üçün darvinistlər nəzəriyyələrində bu qədər israr edirlər? Görəsən, nə üçün canlıları Allah’ın yaratdığına dair bu qədər dəlil var ikən onlar canlıların təkamül keçirdiyini iddia edirlər? Bunun səbəbi ideolojidir. Təkamül nəzəriyyəsini müdafiə etmək materialist və ateist ideologiyalar üçün həyati əhəmiyyət daşıyır.
Darvinistlər təkamül nəzəriyyəsini israrla müdafiə etsələr də, fosillər daima yeni dəlillərlə təkamülü təkzib etməkdə davam edir. Şəkildəki 51 milyon illik çaqqal kəlləsi bu faktlardan biridir. Yan tərəfdəki çaqqal kəlləsi fosilində dişlər açıq-aydın görünür və çaqqalların dövrümüzə qədər heç dəyişmədiyini bizə göstərir. Şəkildəki fosil eynilə pələnglərin, tısbağaların, tülkülərin, vaşaqların, şirlərin, kərgədanların və digər bütün canlılar kimi çaqqalların da heç bir dəyişiklik keçirmədiyini sübut edir.
Elmi kəşflər, fosillər canlıların təkamüllə deyil, bir anda üzə çıxdığını, yəni yaradıldığını göstərir. Fosilləri tədqiq edən hər ağıllı insan bütün canlıların yaradıldığı kimi dəyişmədən qaldığını görəcəkdir. Canlıların heç birinin tarixində təkamülə aid izlər yoxdur. Bütün varlıqların yaradanı, yeganə hakimi uca Rəbbimiz Allah’dır.

Реклама
Автор: Teymur Kasamanli Рубрика: TÜRK