DİRİLİ QURBANİNİN YARADICILIĞINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT


DSC_0010Yusif Dirili

Müa­sir dövr bir sı­ra mə­sə­lə­lə­rin qlo­bal­lı­ğı ilə xa­rak­te­ri­zə olu­nur. Eko­lo­ji prob­le­min kəs­kin­ləş­mə­si onun dün­ya miq­ya­sın­da həl­li­ni tə­ləb edir. La­kin is­tə­ni­lən prob­le­min kö­kü­nü bil­mə­dən, ta­ri­xi­ni öy­rən­mə­dən həll et­mək müm­kün de­yil. Bu ba­xım­dan ət­raf mü­hi­tə klas­sik ya­naş­ma­nın mə­qam­la­rı üzə­rin­də da­yan­maq is­tər­dik. Bi­zim mi­sal­da Azər­bay­can aşıq sə­nə­ti­nin tə­məl­da­şı sa­yı­lan, XV-X­VI əsr­lər­də ya­şa­yıb-­ya­rat­mış gör­kəm­li el şai­ri, haqq aşı­ğı Di­ri­li Qur­ba­ni­nin ya­ra­dı­cı­lı­ğın­da ət­raf mü­hit­lə mü­na­si­bət bu cə­hət­dən xü­su­si ma­raq do­ğu­rur. 3832_bulbul-kusu-300x310Ön­cə qeyd edək ki, ədə­biy­yat­da Aşıq Qur­ba­ni ki­mi ta­nı­nan Di­ri­li Qur­ba­ni (ya­xud, sa­də­cə, Qur­ba­ni) əs­lən qa­ra­dağ­lı nəs­lin­dən ol­sa da, Cəb­ra­yıl ra­yo­nu­nun Di­ri kən­din­də (in­di­ki Xə­ləf­li stan­si­ya­sı — Y.D.) do­ğu­lub, bo­ya-­ba­şa ça­tıb. Son də­rə­cə mü­kəm­məl təh­sil gö­rən Di­ri­li Qur­ba­ni, Sal­man Müm­ta­zın söz­lə­ri ilə de­sək, sa­vad­lı və el şair­lə­ri­nin ən yax­şı­la­rın­dan olub. Məhz bu cə­hə­ti döv­rü­nün məğ­lu­be­dil­məz bö­yük sər­kər­də­si, qüd­rət­li döv­lət baş­çı­sı, şair Şah İs­ma­yıl Xə­tai­nin diq­qə­ti­ni cəlb et­di­yi üçün, onu özü­nün Baş aşı­ğı tə­yin edib. Şah İs­ma­yı­lın çox­say­lı qə­lə­bə­lə­rin­də Qur­ba­ni sö­zü­nün və sa­zı­nın bö­yük tə­si­ri olub. Söz­süz ki, bu cür «el­mi-­mə­ri­fət» sa­hi­bi­nin ya­ra­dı­cı­lı­ğın­da çağ­daş prob­le­min ib­ti­da­sı­nı özün­də əks et­di­rən fi­kir­lər də yox de­yil­dir. O, hər şey­dən əv­vəl aşıq idi və aşıq ol­du­ğu üçün də tə­biət gö­zəl­lik­lə­ri­nə, bu gö­zəl­li­yə xə­ləl gə­ti­rən amil­lə­rə (e­ko­lo­ji fak­tor­la­ra) bi­ga­nə qa­la bil­məz­di. Mə­sə­lən, XV-X­VI əsr­lər­də ya­şa­yıb-­ya­rat­mış gör­kəm­li el şai­ri, haqq aşı­ğı Di­ri­li Qur­ba­ni­nin ya­ra­dı­cı­lı­ğın­da ət­raf mü­hit­lə mü­na­si­bət  ma­raq do­ğu­rur.

Sə­hər bül­bül­lə­ri nə fə­ğan ey­lər,

­Dü­şər­sə gü­za­rı çə­mən­dən ay­rı!

­Sə­hər-­sə­hər qön­çə­sin­dən ay­rı­lan

­Şə­qa­yiq­lər gül­məz sə­mən­dən ay­rı.

 Bu­nun­la şair de­mək is­tə­yir ki, müx­tə­lif eko­lo­ji fak­tor­la­rın tə­si­rin­dən bül­bül gül­za­rın­dan, şə­qa­yiq isə qön­çə­sin­dən məh­rum olur. Qön­çə­sin­dən ay­rı­lan şə­qa­yi­qin (xo­ruz­gü­lü­nün — Y.D.) «kə­dər­lən­mə­si» nə­sil qay­ğı­sı­na qal­ma­sı ilə əla­qə­dar­dır. Bül­bül­lə­rin ya­şa­ma şə­rai­ti da­ha çox çə­mən­lə bağ­lı­dır. Ona gö­rə də o aşiq ol­du­ğu gül­za­rın çə­mən­dən ay­rı düş­mə­si­nin xif­fə­ti­ni çə­kir, fə­ğan elə­yir. «Şey­da bül­bü­lü» küs­dü­rən, həm də «na­şı bağ­ban­»ın bəd əməl­lə­ri­dir; yə­ni tə­bii sər­vət ki­mi bağ­da­kı bə­zək bit­ki­lə­ri­ni ta­lan et­mə­si­dir.

Na­şı bağ­ban sat­ma gü­lü

…­Küs­dür­dün şey­da bül­bü­lü,

­Da­ha gəl­məz gü­lə, gü­lə. 

Ov­çu­lu­ğun ət­raf mü­hi­tə  tə­si­rinə dair fi­kir­lə­rə də Qur­ba­ni poe­zi­ya­sın­da ge­niş rast gə­li­nir.

Na­şı ov­çu bə­rə bək­lər, əy­lə­nər,

­Ma­ral­lar say­rı­şar yol­la­ra doğ­ru.

Əy­lən­cə xət­ri­nə hey­van­la­rı ov­la­maq­la on­la­rı tü­kən­dir­mək bu gün də cid­di eko­lo­ji prob­lem­lər­dən bi­ridir. «Tü­lək tər­lan olub, sar ov ça­lan­da» de­mək­lə, Qur­ba­ni ov­çu­lu­ğu bir fak­tor ki­mi qa­bart­ma­ğa ça­lı­şıb. Nə­sil qay­ğı­sı­na qal­maq bü­tün can­lı­la­rın xü­su­siy­yə­ti­dir:

Qa­rın­ca­lar yu­va­sı­nı qa­yır­dı,

­Gö­zəl kək­lik ba­la­sı­nı do­yur­du.

XV-X­VI əsrdə in­san­la­rı­n ət­raf mü­hi­tə mü­na­si­bə­ti, tə­bii sər­vət­lər­dən is­ti­fa­də, can­lı­la­rın eko­lo­ji şə­rai­ti, uy­ğun­laş­ma və onun xa­rak­te­ri Di­ri­li Qur­ba­ni­nin ya­ra­dı­cı­lı­ğın­da ge­niş yer tutur.

Bos­tan ək­dim, tər şa­ma­na ye­tir­dim

­O­nun su­yun dağ­dan, daş­dan gə­tir­dim.

Bu cür mü­na­si­bət (qay­ğı) ol­ma­sa, tə­biət qo­run­maz, tə­bii sər­vət­lər  tü­kə­nər. Qur­ba­ni, «Qor­xum bu­dur xor­yad bağ­dan gül üzə» de­məklə, əhalını tə­biə­tə qar­şı ne­qa­tiv mü­na­si­bət­dən çəkindirir.Or­qa­nizm nö­vün sa­la­mat­lı­ğı və in­ki­şa­fı­nı tə­min et­mək üçün mü­hi­tə uy­ğun­laş­ma­lı­dır. Uy­ğun­laş­ma­nın for­ma­la­rın­dan bi­ri or­qa­niz­min qo­ru­yu­cu­luq funk­si­ya­sı­dır. Mə­sə­lən, bə­zi bit­ki­lər onun­la qi­da­la­nan hey­van­lar­dan qo­run­maq üçün spe­si­fik iy bu­ra­xır, ya­xud də­ri­ci­yi ti­kan­la­ra çev­ri­lir:

Gül di­bi­ni xa­ra qoy­dun

­Bül­bü­lü ah-­za­ra qoy­dun.

Ə­gər xar (ti­kan) ol­ma­say­dı, bül­bül (bu­ra­da mə­ca­zi mə­na­da iş­lə­nib — Y.D.) gü­lün (bitki mənasındadır) to­xum­la­rı­nı ye­yər, be­lə­lik­lə, onun ço­xal­ma­sının qarşısı alınardı. İn­sa­nı ya­şa­tdı­ğı üçün  ağa­cın (bit­ki­nin) fay­da­sın­dan da­nı­şan Qur­ba­ni, onu «Hə­sən-­Hü­sey­nin be­şi­yi», «Mu­sa­nın, Əli­nin əsa­sı», «Sa­zın ha­zır­lan­dı­ğı xam­mal» ki­mi qiymətlən­di­rir. Ən qiy­mət­li tə­bii sər­vət isə in­sa­nın özü­dür. O, da­ha çox mə­nə­vi sər­vət­dir. Ona görə də:

Ney­ni­rəm bos­ta­nı, ney­ni­rəm ba­ğı

­Yüz ba­ğü-­bos­ta­na ver­mə­rəm sə­ni.

və ya

Di­ri­li Qur­ba­ni, sən də sal ya­da,

­Ə­mə­yi­ni ver­mə, aman­dır, ba­da!-deyir.

İn­sa­nın eko­lo­gi­ya­sı  Qur­ba­ni ya­ra­dı­cı­lı­ğın­da mü­hüm yer­lər­dən bi­ri­ni tu­tur. O qı­fıl­bənd­lə­ri­nin bi­rin­də de­yir:

Sək­kiz şey gə­lib­di in­sa­na ənam,

­A­ğıl, mə­ri­fət, hə­vəs, ka­mal, dör­dü nə?

Də­də Qur­ba­ni İs­lam di­ni, onun pey­ğəm­bə­ri və imam­lar haq­qın­da da çox­lu şeir­lər yaz­mış­dır. «Ə­li», «Ya­rat­dı», «Ya Mus­ta­fa Əli», «Çə­kib­di» ki­mi qoş­ma­la­rın­da,  «Ca­han­na­mə»­sin­də («­Bə­yan et­di­yi»),  de­yiş­mə­lə­rin­də mə­nə­vi­-əx­la­qi də­yər­lər əks et­di­rən, xü­su­si­lə, Şah İs­ma­yıl Xə­tai­yə həsr et­di­yi müx­tə­lif janr­lı şeir­lə­rin­də in­sa­nın eko­lo­gi­ya­sı­na aid çox­lu fi­kir­lər söyləmişdir. Mi­ne­ral mad­də­lə­rin, fay­da­lı qa­zın­tı­la­rın əhə­miy­yə­ti­nə to­xu­nan el şai­ri al­ma­sın, yə­mə­nin, əqi­qin, ya­qu­tun adı­nı çə­kir, əd­viy­yat bit­ki­lə­ri­nin tibbi xüsusiyyətlərini qeyd edir:

Na­mə yaz­dım, yar ya­nı­na yol­la­dım,

­Dar­çın­dan, mi­xək­dən, hil ma­na gön­dər.

 

­Bu­nun­la o, bu bit­ki­lə­rin müa­li­cə xas­sə­si ba­rə­də mə­lu­mat ve­rir.

Ə­li­mi si­nən­də şah­mar ça­lıb­dı,

­Dər­man de­dim, bu­yur­du­lar xal­xa­la.

Bu misralarda o, el ara­sın­da»şah­mar ilan»  adı ilə tanınan zə­hər­li ilan növ­lə­rin­dən bi­ri­ haqqında məlumat verməyə çalışmışdır. Ümu­miy­yət­lə, Qur­ba­ni­nin do­ğul­du­ğu Di­ri kən­di və Di­ri dağ­la­rı­nın her­pa­torfau­na­sı zə­hər­li ilan­lar­la zən­gin olub.  «Təlx ilan çal­dı mə­ni», «Qur­ba­nı vu­rub təl­xə­lər, ca­nın alıb zər­dab­lar», «A­ləm gəl­sə əlac yox, sal sü­də çal­xa mə­ni» de­mə­si bir da­ha gös­tə­rir ki, əra­zi zə­hər­li ilan­la­rın məs­gə­ni imiş. Özü bu ba­rə­də de­yir:

Qur­ba­ni­di is­mim mə­nim.

­İ­lan yur­du­dur məs­gə­nim.

«­Xal­xal» isə dər­man bit­ki­si­dir (O­la bil­sin dər­man bit­ki­lə­ri­nin çox ol­du­ğu əra­zi­dir- yer­dir, yer adı­dır). An­ti­zə­hər ki­mi qə­dim xalq tə­la­bət­də ge­niş iş­lə­di­lib.

­Qur­ba­ni şeir­lə­ri­nin bi­rin­də o dövrdə geniş yayılmış  «kəl­lə­man­qo» a­dlı hey­van xəs­tə­li­yi haqqında da məlumat verir:

Sən tə­rif et­di­yin ol sə­mənd atın,

­Kəl­lə­man­qo tu­tub ya­man­dı in­di.

 Di­ri­li Qur­ba­ni­nin şeir­lə­rin­də müa­sir Azər­bay­can fau­na­sı­na mən­sub ol­ma­yan hey­van­la­rın da adı çə­ki­lir:

Dər­dim çox­du, nər-­ma­ya­lar gö­tür­məz,

­Kər­gə­dan ol­ma­sa, fil ma­na gön­dər.

 «Se­vin­sin» şe­rin­də  na­rınc və tu­runc ki­mi subt­ro­pik bit­ki­lə­rin adı­nı çə­kir.Bu onu göstərir ki, hazırda respublikamızın əkinçilik təsərrüfatlarında becərilməyən  həmin bitkilər o dövrdə geniş yayılmışdır. Eyni zamanda al­ma, hey­va və nar mey­və­lə­rinə  xüsusi münasibətin ifadə edilməsi onların yüksək qidalılığı və səfaverici əhəmiyyəti ılə əlaqədar ol­muşdur. Kər­gə­dan və fil adlarının qeyd edilməsi bizdən buna iki cür yanaşmağı tələb edir: Ya əvvəllər öl­kə­mi­ziirn fau­na­sın­da onlar möv­cud ol­muş və son­ra­dan yo­xa çıx­mışlar, ya da sa­də­cə Qur­ba­ni fil və kər­gə­dan haq­qın­da müəy­yən tə­səv­vür­lə­rə ma­lik imiş. Bu­na onun el­mi bi­li­yi im­kan ver­miş­dir. Di­ri­li Qur­ba­ni özü də el­mi də­rin­dən öy­rə­ndiyini etiraf etmiş və bir şeirində onu belə göstərmişdir:

Fa­ra­ğat evim­də ot­du­ğum yer­də

­O­xu­yub el­mi­mə çat­dı­ğım yer­də…

El­mi biliklərə yiyələnməsi onun ya­ra­dı­cı­lı­ğı­na da si­ra­yət edib.Bit­ki və hey­van­la­rın eko­lo­ji şə­rai­ti, ya­şa­ma ye­ri ba­rə­də ki­fa­yət qə­dər ma­te­rial­lar­la zən­gin olan Qur­ba­ni ya­ra­dı­cı­lı­ğı təd­qi­qat­çı­lıq ba­xı­mın­dan qiymətli­dir.

Qa­rı nə­nə, sən arıx də­və­sən,

­Qan­qal gə­rək, xır­da-­xır­da gə­və­sən.

Bu­ra­da də­və­nin qi­da ra­sio­nu­na da­xil olan yem bit­ki­si­nin (a­di qan­qa­lın) adı gös­tə­ri­lib. «Gəl­sin ba­har fəs­li açıl­sın yaz­lar, göl­lə­rə tö­kül­sün ağ qu­ba qaz­lar», «dağ­lar­da ma­ral­san, çöl­lər­də cey­ran», «zən­bur mə­nəm bal ol­ma­ğa gəl­mi­şəm», «yaz möv­sü­mü bül­bül dil-­dil ötən­də, bağ-­bağ­ça­lar nər­giz­lə­ni, gül­lə­ni», «si­nə­min üs­tü­dü şon­qar yu­va­sı» (şon­qar- su höv­zə­lə­ri­nin sa­hil qa­ya­lıq­la­rın­da ya­şa­yan yır­tı­cı sun­qur qu­şu. «Ki­ta­bi-­Də­də Qor­qud» və «Ko­roğ­lu» das­tan­la­rın­da da adı çə­ki­lir) ki­mi mis­ra­la­rın­da gör­kəm­li el şai­ri adı çə­ki­lən hey­van və bit­ki­lə­rin ya­şa­ma şə­rai­ti, nö­vü, qi­da­lan­ma xü­su­siy­yə­ti, hə­yat tər­zi və s. ba­rə­də  mə­lu­mat ve­rir. O,  məşu­qu­nun göz­lə­rini nər­gi­zə, hüs­nü­nü (ü­zü­nü) mah­ta­ba­na, yə­ni aya bən­zət­mək­lə tə­biə­tin ey­ni­ni on­da gö­rür. Sev­gi­li­si­ni açıl­mış gül­lə, sü­sən­lə, sün­bül­lə, ər­ğa­van­la, zan­ba­ğı-­ya­sə­mən­lə, bər­gi­-i­rey­han­la, fəs­li-­ba­har gü­lüs­tan­la mü­qa­yi­sə edir, «i­rən­gin bağ­lar­dan la­lə gə­ti­ri» — de­yir. Tər­lan du­ru­şu, cey­ran ba­xı­şı ilə can al­ma­ğı, ya­rın xə­ya­lı gə­li­şi ilə gü­nə­şin yan­dı­rıb yax­ma­ğı, qaynaq­lı bu­laq­la­rın ça­ya dön­mə­si, tə­biət in­san mü­na­si­bət­lə­ri­nin ba­riz nü­mu­nə­lə­ri­dir.

Haqq-taa­la kön­lün­də fi­kir ey­lə­di,

­Ə­zəl baş­dan bu dün­ya­nı ya­rat­dı.

­Öz adı bir ikən hə­zar ey­lə­di,

­Çək­di su­dan öz ey­va­nın ya­rat­dı.

Dün­ya­nın, pla­ne­tin ya­ran­ma­sı­na mü­na­si­bət­də ilk ola­raq di­ni ba­xış tə­səv­vü­rü ya­ra­dan bu şeir­də el­mi ya­naş­ma da­ha çox üs­tün­lük təş­kil edir. Çağ­daş dün­ya el­mi­nin gəl­di­yi nə­ti­cə­yə gö­rə hə­yat su­da əmə­lə gəl­miş, for­ma­laş­mış və in­ki­şaf et­miş­dir. «Çək­di su­dan öz ey­va­nın ya­rat­dı» de­yən­də də Qur­ba­ni bu­nu nə­zər­də tu­tub. O­pa­rin fər­ziy­yə­si­nə gö­rə hə­yat abio­gen, yə­ni can­sız­dan tə­ka­mül yo­lu ilə ya­ra­nıb və üç mər­hə­lə ke­çib. Bü­tün mər­hə­lə­lər­də dörd hə­yat ami­li: su, tor­paq, ha­va və işıq (is­ti­lik) baş­lı­ca rol oy­na­yıb. «Dör­dü­nə» ad­lı qı­fıl­bən­din­də Qur­ba­ni dörd de­yil, sək­kiz ami­lin can­lı or­qa­nizm­lə­rin möv­cud­lu­ğun­da­kı ro­lu­nu qeyd edir:

Sək­kiz şey­di bu dün­ya­nı tu­tub­du,

­A­bu, ataş, xa­ki, bad­dı, dör­dü nə?

Fik­ri­miz­cə, qa­lan dörd amil bios­fe­ri təş­kil edən can­lı­lar qru­pu­dur. Ola bil­sin, bu, can­lı­la­rın əsa­sın­da da­ya­nan və üz­vi mad­də­lə­ri əmə­lə gə­ti­rən hid­ro­gen, ok­si­gen, kar­bon və azot ele­ment­lə­ri­dir. Bir şe­rin­də də «dün­ya­nın mə­həb­bə­ti dörd ki­tab­da­dır»- de­yən şair ye­nə hə­min fik­rə qa­yı­dır, yə­ni dün­ya­nın dörd ün­sür­dən (tor­paq, su, ha­va, is­ti­lik) ya­ra­nı­şı­na.

­Gö­rün­dü­yü ki­mi, Di­ri­li Qur­ba­ni bü­tün ya­ra­dı­cı­lı­ğı bo­yu nəin­ki tə­biə­tin təs­vi­ri ilə ki­fa­yət­lən­mə­yib, onun prob­lem­lə­ri­nə də to­xu­nub, dün­ya­nın ya­ra­nı­şı, bios­fe­rin for­ma­laş­ma­sı ba­rə­də də fi­kir yü­rü­düb. Doğ­ru­dur, Azər­bay­can aşıq­la­rı tə­biət gö­zəl­lik­lə­ri­ni ən xır­da in­cə­lik­lə­ri­nə qə­dər tə­rən­nüm et­mə­yə can at­mış­lar. La­kin bur­da baş­qa bir sə­bəb də var. «Qur­ba­ni­nin göz aç­dı­ğı Di­ri kən­di bağ­lı-­ba­ğat­lı, tər bə­növ­şə­li, la­lə­li-­nər­giz­li, ətir­li çi­çək­lər­lə do­lu olan Di­ri da­ğı­nın qoy­nun­da olub, qa­lın me­şə­si, uca çi­nar­la­rı, nar kol­la­rı, üzüm və ən­cir bağ­la­rı, şi­rin bu­laq­la­rı, hər cür ov hey­van­la­rı, gö­zəl zə­mi­lə­ri və tar­la­la­rı, Xan Ara­zın gür su­la­rı ilə dün­ya­nın ən zən­gin və gö­zəl gü­şə­lə­rin­dən idi.» Bu amil­lər Di­ri­li Qur­ba­ni­nin ya­ra­dı­cı­lı­ğın­da də­rin iz bu­rax­mış, ət­raf mü­hi­tə mü­na­si­bət­də bir sı­ra qiy­mət­li eko­lo­ji fi­kir­lər söy­lə­yə bil­mə­si üçün zə­min ya­rat­mış­dır.

Реклама