AZƏRBAYCANDA GDO MƏHSULLARIN YASAQLANMASINA İKİ FƏRQLİ BAXIŞ


img1475233Vahid Məhərrəmov: “Bu məhsullar insan orqanizmi ucun təhlükəli deyil”Eyyub Hüseynov: “Bütün bu işlərin dalında Ümumdünya Ticarət Təşkilatı durur”
Ötən ay Nazirlər Kabineti “Gen mühəndisliyi əsasında alınmış bitki toxumlarının Azərbaycan Respublikası ərazisinə gətirilməsinə yol verilə bilən müstəsna halları və gətirilmə qaydası”nın təsdiq edilməsi haqqında qərarını ləğv etdi. Yəni Azərbaycana GMO məhsulların toxumlarının gətirilməsinə birmənalı qadağa qoyuldu. Hətta ölkədə genetik modifikasiya olunmuş buğda becərənlərə dövlət tərəfindən yardım edilməyəcək.Maraqlıdır ki, GDO tərkibli məhsulların ölkəmizə idxalının qadağa qoyulması doğru qərardırmı?
Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov GDO məhsullarının insan orqanizmi ucun təhlükəli saymadığını bildirdi: “Modifikasiya olunmuş orqanizmlər haqqında ikili yanaşma var. Birincisi, sarı mətbuatın verdiyi sensasiya xarakterli informasiyalardır ki, bu da onların oxucu kütləsini diqqətini cəlb etmək məqsədi güdür, ikincisi isə psevdoalimlərin keçirdiyi qərəzli ”təcrübə»lər. Psevdoalimlərin keçirdikləri “təcrübə”dən bəlli olub ki, guya GDO məhsulu ilə qidalanan hansısa canlılar nəsil artırmadan məhrum olurlar, digərlərində xərçəng xəstəliyi əmələ gəlib və sair. Bütün bunların hamısı cəfəngiyatdır. Başda Amerika olmaqla dünyanın sivil ölkələri son zamanlar genetik modifikasiya yolu ilə kənd təsərrüfatı bitkilərinin biotik, abiotik stresslərdən mühafizə olunmasını təmin etməklə məhsuldarlığın ciddi şəkildə artırılmasına nail olublar. Bu sahə üzrə xüsusi institutlar var ki, bu istiqamətdə yaxşı nailiyyətlər əldə ediblər. Məsələn, genetik modifikasiya yolu ilə İsrail farel balığının çəkisinin qısa müddətdə artırılması istiqamətində yaxşı nailiyyətlər əldə edib. Son zamanlar bu təcrübədən Amerika fermerləri də yararlanaraq qızıl balıq istehsalını artıra biliblər. Ümumiyyətlə, bizim istehlak etdiyimiz məhsulun bir hissəsi birbaşa genetik modifikasiya olunmuş orqanizmlərdən alınan, digər hissəsi isə dolayısı ilə əldə edilən məhsullardır».
V.Məhərrəmov dedi ki, Azərbaycanda istehlak etdiyimiz məhsulların təxminən 65-70 faizə qədəri GDO-dan alındığı halda deyirlər ki, bu, insan orqanizmi üçün zərərlidir: “Bizim istehlak etdiyimiz tərəvəz, kartof, toyuq məhsulları, əksər hissəsi genetik modifikasiya yolu ilə əldə olunmuş məhsullardır. Son zamanlar Rusiya, Belarus, Ukrayna kimi ölkələr də bu sahəyə ciddi fikir verməyə başlayıblar. Belarus genetik modifikasiya yolu ilə kartofun məhsuldarlığını ciddi şəkildə artırmağa nail olub. Bizim ölkədə də GDO məhsulları həm istehsal, həm də idxal olunur. Dünyada 37 bizim kimi geridə qalmış ölkə var ki, onlar GDO məhsullarının istehsalını, idxalını qadağan edən qanun qəbul edib. Bu ölkələrin əksəriyyəti bizim ölkə kimi elmdə, səhiyyədə, təhsildə geridə qalmış ölkələrdir”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Bu qadağa ilə bağlı prezident də fərman imzalayıb. Ancaq Azərbaycanda GDO əkinçiliyi, GDO quşçuluğu var. Azərbaycanda olan 8 qarpız növünün demək olar ki, hamısı GDO yolu ilə bitib. Təsadüfi deyil ki, iyulun 1-də ekoloji təmiz kənd təsərrüfatı haqqında qanun müzakirə olunanda Azad İstehlakçılar Birliyi ciddi cəhdlə GDO-nun qadağan olunmasının qarşısını almaq üçün işlər gördü. Təəssüf ki, bunun qarşısını almaq mümkün olmadı. Bütün bu işlərin arxasında Ümumdünya Ticarət Təşkilatı durur. Bu ayın axırında təşkilatının ekspertləri gəlib mənimlə görüşəcəklər. Mən radikal olaraq buna qarşı çıxan adam kimi mənimlə profilaktik iş aparırlar. Lakin mən təslim olmuram. 7 ölkədə bu layihənin iştirakçısı olmuşam. GDO-nu hazırlayanlar dövlətə, siyasətə təsir etmək üçün lazım olanda rüşvət verir, iradəsini tabe etdirirlər. Lakin Azad İstehlakçılar Birliyini heç kimin tabeçiliyinə almaq mümkün deyil. Azərbaycanda iki laboratoriya olmasına baxmayaraq bunun heç bir nəticəsi yoxdur”.

Реклама
Автор: Teymur Kasamanli Рубрика: EKO SOYQIRIM