Gələcəkdə fermerlərin gəlirlərinin artmasına stimul veriləcək


unnamed

Hazırladı:Teymur

Respublikada 8350 çayın olmasına baxmayaraq, onların əksəriyyəti yayda quruyur, ölkənin su ehtiyatları olduqca məhdudlaşır
Azərbaycan qədim əkinçilik mədəniyyəti yaratmış ölkə olsa da, xalqımız tarixən primitiv suvarma sistemlərindən istifadə edirdi.

Torpaqlarımızda irimeliorasiya tədbirləri ötən əsrin ikinci yarısından sonra həyata keçirilmişdir. Melorasiya baxımından qusurlu olsa da çayla rarasında texniki bitkilər əkinləri becərmək üçün müəyyən meliorasiya işləri aparılır. Suvarılan və şorlaşmaya məruz qalmış torpaqların meliorativ vəziyyətini yaxşılaşdırmaq məqsədilə ölkəmizdə suvarılan ərazilərdə kollektor-drenaj şəbəkələri inşa edilmişdir. Azərbaycanda dünyanın 11 təbii-iqlim zonasının 8-i mövcuddur. Ölkəmiz təbii şəraitinin mürəkkəbliyi ilə səciyyələnir. Kənd təsərrüfatında istifadə olunantorpaqlar, əsasən, düzənlik, qismən dağ ətəyi zonalarda yerləşir.
unnamed (1)Respublikada 8350 çayın olmasına baxmayaraq, onların əksəriyyəti yayda quruyur, ölkənin su ehtiyatları olduqca məhdudlaşır. Bunları nəzərə alaraq ölkəmizdə suanbarlarının tikilməsini həyata kecirməklə əkin sahələrinin inkişafı ölkənin ərzaq təhlükəsizliyini tam təmin etmək üçün suvarılan torpaqların sahəsini genişləndirmək mümkündür. Torpaq və su ehtiyatlarından səmərəli istifadə müasir şəraitdə meliorasiya və irriqasiyanın qarşısında duran başlıca istiqamətlərdəndir. Qəbul edilmiş qanun və qərarlar sahənin dayanıqlı inkişafın təmin etmək üçün görüləcək işləri konkretləşdirir. Bu işlərin davamlı inkişafvəmüasirqurulmuşirriqasiya-suvarmasistemlərindən, həyata kecrilən işlərdən irəli gələn mühüm tədbirlərdən biri əhalinin əkinçilikdə irriqasiya-suvarma sisteminin modernləşmədə maariflənməsidi.
Daha səmərəli əkin sahələrinin suvarma və fermerlərin ərzaq bolluğuna layiq olduğu layihə 31 oktyabr 2014-cü il tarixdə Hacıəlibəy bələdiyyə binasında yekun müzakirəsi Dəyirmi Masası keçirildi.
unnamed (2)Təlimçilərdən Nizami Musayev və Fərrux Əsgərov «Xaçmaz Kəndlərinin Davamlı İnkişaf ıİctimai Birliyi » Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə «Xaçmaz rayonunun fermerlərinin əkinçilikdə irriqasiya-suvarma sisteminin modernləşməsinə dair innovativ təşəbbüslər barədə məlumatlılığının artırılması» layihəsi çərçivəsində Xaçmaz rayonu Bostançı, Ağyaz Buduq və Dədəli bələdiyyələrində avqust-sentyabr aylarında effektli suvarmanı həyata keçirməklə suvarılma suyunun itkisinin minimuma endirilməsinin və təsərrüfatın səmərəli fəaliyyət göstərəcəyinə nail olmanın əhəmiyyəti barədə fermerlərin bilik və bacarıqlarının artırılması üzrə təlimlər keçirilib.
unnamed (3)Təlimlərdə damcı suvarma sisteminin meyvəçilik, tərəvəzçilik sahələrində tətbiqinin üstünlükləri barədə verilən məlumatlar fermerlərin maraqlarına səbəb oldu.Təlimdə iştirak edənlərdən bir çoxu gələcəkdə damcı suvarma sistemi tətbiqetməklə intensiv meyvə növləri bağları yaratmaq istəklərini bildirdilər..
Dəyirmi Masada Ərazi İN nümayəndəsi, Xaçmaz rayonu Suvarma İdarəsinin nümayəndəsi , qonşu ərazilərin Bələdiyyə nümayəndələri, yerli fermerlər daxil olmaqla 30 nəfər iştirak edirdi.
XKDİ İB-nin sədri Nəzər Qafarov çıxış edərək layihənin həyata keçirildiyi zamanı fəaliyyətlər barədə geniş məlumat verdi.
Gələcəkdə fermerlərin gəlirlərinin artmasına stimul veriləcək — Fotolar
Müzakirələr zamanı layihənin əhəmiyyəti xüsusilə qeyd edilərək, gələcəkdə Xaçmaz rayonu fermerlərinin gəlirlərinin artmasına stimul verəcəyi bildirildi.

Реклама
Автор: Teymur Kasamanli Рубрика: TÜRK