Başlanğıc Seminarı keçirildi


13Bakı şəhərində 2014 –cü il 28 noyabr tarixində “SAPFİR” Hotelinin akt zalında FAO – nun dəstəyi ilə “Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı və institusional bacarıqların artırılması –GCP/AZE/006/TUR” mövzusunda texniki yardım layihəsinin təqdimatı ilə bağlı Layihənin Başlanğıc Seminarı keçirilmişdirLayihə haqqında təqdimat Layihənin Baş Texniki Eksperti Cənab Hafiz Munimlanov tərəfindən verilmişdir.
FAO-nun Beynəlxalq Məsləhətçisi Xanım Uygun Aksoy öz məruzəsində Dünyada Ekoloji Təmiz Kənd Təsərrüfatı sahəsində baş verən yeniliklərlə əlaqədar seminar iştirakçılarını tanış etmişdir.
Azərbaycanda Ekoloji Təmiz Kənd Təsərrüfatının cari vəziyyəti barədə məlumat GABA-nın prezedenti Cənab Vüqar Babayevin çıxışında öz geniş əksini tapmışdır.
Ekoloji Təmiz Kənd Təsərrüfatı qanunvericiliyi barədə FAO-nun hüquqşünası Xanım Karmen Bullonun da məruzəsi dinləyicilər tərəfindən böyük maraqla izlənmişdir.
Çıxışlardan sonra dəyirmi masa arxasında 3 qrupdan ibarət aşağıdakı mövzular üzrə:
a) Azərbaycanda Ekoloji Təmiz Kənd Təsərrüfatının gələcək planlaşdırılması;
b) Potensialın artırılması. Ehtiyatlar və imkanlar;
c) Daxili və xarıcı bazarları necə inkişaf etdirməli mövzularında müzakirələr aparılmış, təkliflər hazırlanmış və bütün qrupların iştirakı ilə birgə təhlil edilmişdir.
Seminarda Kənd Təsərrüfatı Nazirliyini Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunun aparıcı elmi işçiləri biologiya elimləri üzrə fəlsəfə doktorları Sevinc Məmmədova və Elxan Əliyev ( o həmçinin EKO İNTER Beynəlxalq jurnalın redaktorudur) təmsil etmişlər.

Реклама