EKOLOJİ VANDALİZMİN NEQATİV TƏZAHÜRLƏRİ VƏ ÇIXIŞ YOLLARI


76976

Eldar HÜSEYNOV, AKTA-nın dosenti,
Teymur KƏSƏMƏNLİ, » Eko-İnter »
jurnalının baş redaktoru

Bəşəriyyətin tarixində qara səhifə kimi həkk olunan ən dəhşətli hadisələrdən biri, həm də insanlığa xas olmayanı, çox vəhşi, qəddar, dağıdıcı olması ilə səciyyələnəni və heç vaxt unudulmayanı vandalizmdir.«Vandalizm» almanca «vandal», «barbar» sözündən götürülməklə vəhşilik, mədəniyyətsizlik mənasını daşıyaraq tarixi və çox qiymətli mədəniyyət abidələrini uçurub-dağıdan, məhv edən, vəhşi və qəddarlıq deməkdir. Özünün vəhşilik dərəcəsinə görə Ermənistanın və erməni daşnaklarının qardaş Türkiyəyə və Azərbaycana qarşı dəfələrlə həyata keçirdiyi vandalizm bütün bu kimi hadisələri kölgədə qoyur. Mənfur erməni vandalları dəfələrlə türk və Azərbaycan xalqına qarşı məkrli, ədalətsiz, düşmənçilik və vandalizm siyasətini həyata keçirmişdir. Onlar həmin vandalizm siyasətindən yenə də əl çəkmir, əksinə yalançı soyqırım təbliğatını beynəlxalq arenada daha da gücləndirməyə səy göstərirlər. Əlbəttə, bəzi ölkələr ermənilərin yalançı soyqırım təbliğatına uyaraq onları dəstəkləməyə can atsalar da, dünya ölkələrinin əksəriyyəti bu təbliğata məhəl qoymayaraq onun tanınmasının əksinə çıxırlar. Erməni lobbisi və diasporunun bu cür şovinist hərəkətlərinin yalnız onların bəzi xarici havadarları tərəfindən dəstəklənməsinə baxmayaraq, həmin vandalizm siyasəti gec-tez öz mahiyyətini tamamilə itirəcək. Bunu tarixi araşdırmalar və reallığın özü sübut edəcək və ermənilər beynəlxalq miqyasda ifşa olunacaqlar. Ermənilərin nə Türkiyə kimi qüdrətli dövlətə, nə də Azərbaycan kimi iqtisadi və sosial bazasına görə sürətli inkişafa, tərəqqiyə malik olan bir ölkəyə qarşı yeritdikləri məkrli siyasətin həyata keçirilməsi heç bir zaman müvəffəqiyyət qazana bilməz. Bu siyasət yalnız cəfəngiyyat və düşmənçilik xarakteri daşıya bilər. Məlumdur ki, məkrli ermənilər xarici havadarlarının köməyi ilə 1991-1993-cü illərdə işğal etdikləri respublikamızın ərazilərində vandalizm törətmişlər. Ermənilər işğal olunmuş ərazilərdəki bütün tarixi abidələri, mədəniyyət mərkəzlərini və qəbiristanlıqları tamamilə dağıtmış, oradakı qiymətli materialları, hətta məzarların mərmər daşlarını, bütün tikinti materiallarını qarət və talan etmişlər. Bununla kifayətlənməyən düşmən işğal olunmuş ərazilərdəki meşələri, qiymətli ağacları, həm talan etmiş, həm də vəhşicəsinə yandıraraq Azərbaycanın təbiətinə, maddi sərvətlərinə və ekoloji durumuna böyük zərbə vurmuşdur. Respublikamızın ermənilər tərəfindən işğal edilmiş ərazilərində onların ekoloji duruma və maddi sərvətlərə vurduqları analoqu olmayan zərbələri yalnız ekoloji terrorizm, soyqırım və vandalizm kimi qiymətləndirmək olar. Ermənilərin 26 fevral 1992-ci ildə Xocalı şəhərinin dinc sakinlərinə və şəhərə tutduğu divan bütün beynəlxalq arenada analoqu olmayan vandalizm kimi qiymətləndirilməlidir. Onlar qışın çox soyuq, qarlı-şaxtalı vaxtı, gecənin zülmət qaranlığında öz havadarlarının hərbi köməyi ilə Xocalını xarabalığa çevirərək dinc, günahsız əhaliyə qarşı vandal-barbar siyasəti yeritmiş, qadınlara, qocalara, körpə uşaqlara bəşər tarixində görünməmiş işgəncələr vermiş və onları güllə-borana tutmuşlar. Bu tarixi faciəni unutmağa bizim heç birimizin, bütövlükdə isə bütün türk dünyasının mənəvi haqqı yoxdur. Özü də vandalizmə məruz qalan təkcə tarixi və mədəni abidələrimiz deyil, həm də işğal olunmuş ərazinin ekoloji durumu və təbii ətraf mühit amilləridir. Təbiətə, onun yeraltı və yerüstü sərvətlərinə, biosferə, ekosistemlərə göstərilən vandalizmin fəsadları isə daha ağır olur. Çünki ekoloji vandalizm təbiətin, ətraf mühitin və onun amillərinin-torpaq, su, hava, flora, fauna və s. normal ahənginin pozulması, onların dayanıqlığının itməsi, məhvərindən çıxması, davamlı inkişafı üçün yararlılığını itirməsi, bir sözlə, xarabalığa çevrilməsi, dağıdılması, yeraltı, yerüstü sərvətlərin talan, qarət olunması ilə səciyyələnir. Bu zaman təbii ətraf mühit və onun bütün amilləri tamamilə korlanır, kollaps və aqoniya halına düşür, qlobal və neqativ ekoloji problemlər yaranır. Odur ki, bütün dünya xalqları bir real faktla razılaşmalı və hesablaşmalıdır ki, işğalçılıq, vandal-barbar siyasətini həyata keçirməyi bütün sivilizasiyadan üstün tutan Ermənistan bu yolla özünü ancaq uçuruma və iqtisadi böhrana aparır. Bu səbəbdən Türkiyə Cümhuriyyətinin və Azərbaycan Respublikasının birgə səyi və müdrik siyasəti nəticəsində istilaçı ermənilərin tezliklə torpaqlarımızdan qovulmasının vaxtı çatmışdır. Biz inanırıq ki, beynəlxalq siyasət arenasında öncül və layiqli yer tutmuş Prezident İlham Əliyevin uğurlu və cəsarətli siyasəti nəticəsində həmin gün uzaqda deyil. Həm çox böyük potensialı və beynəlxalq nüfuzu olan Prezidentimizin bu sahədəki gərgin əməyi, həm də xalqımızın onun siyasətini dəstəkləməsi buna zəmin yaradır. Onu da qeyd edək ki, Ermənistanın respublikamızın işğal olunmuş ərazilərində törətdiyi ekoloji vandalizm nəticəsində ətraf mühitə, onun amillərinə dəyən zərəri və onların miqyasını müəyyənləşdirmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən çox geniş diapozonlu və müfəssəl monitorinq aparılmışdır. Həmin monitorinq zamanı məlum olmuşdur ki, işğal edilən ərazilərdə ermənilərin ekoloji vandalizmi 2006-cı ildə sanki özünün kulminasiya nöqtəsinə çatmışdır. Azərbaycanın əsrarəngiz təbiətə və zəngin təbii sərvətlərəAzərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 38 malik olan ən füsunkar güşələrində — Ağdam, Tərtər, Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının ərazilərini qəddarcasına yandırmaqla çox qiymətli ağaclar sayılan palıd, şabalıd, qoz, çinar, dəmir ağac, meyvə ağacları, kollar, həmçinin qiymətli dərman bitkiləri (yemişan, çobanyastığı, biyan, dəvətikanı, itburnu, kəklikotu, andız, yonca, ayıotu və s.), kolları, biçənəkləri, otlaqları qəddarcasına yandırılmış, vəhşi faunaya güclü zərbə vurulmuş, qaban, tülkü, çaqqal, canavar, vaşaq, porsuq, çölpişiyi, dovşan, adi və oxatan kirpi, suquşları, qırqovul, turac, kəklik və s. həm aclıqdan qırılmış, həm də daimi uyğunlaşdığı ərazidən itkin düşmüşdür. Son illər erməni işğalçıları tərəfindən bu ərazilərdə mütəmadi olaraq yanğınlar törədilsə də, cari ilin son iki ayı ərzində bu hal kütləvi xarakter almış və təmas xəttində yerləşən Ağdam, Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının əraziləri düşünülmüş şəkildə yandırılmışdır.

96e4c9d55a82ff185cee083aa7aeeadb_1404714976Toplanmış materiallar sübut edir ki, 2 ay müddətində davam  edən yanğınlar nəticəsində Ağdam rayonunun işğal altında olan Yusifcanlı, Novruzlu, Bağbanlar, Saybalı, Sarıcalı və Baş Qərvənd kəndləri tamamilə məhv edilmişdir. Alov rayonun Şıxbabalı, Mərzili, Xıdırlı və Göytəpə kəndlərinin ərazilərinə də keçərək otlaq və biçənəkləri külə döndərmişdir. Bunlardan əlavə, rayonun Ergi qış otlaq sahəsində on hektarlarla ərazi tamamilə yanmış, flora və faunaya ciddi ziyan vurulmuşdur. Mərzili, Bağbanlar, Yusifcanlı, Seyidli, Gülçülük, Cəvahirli, Şahbulaq və Maqsudlu kəndlərinin ərazilərinin yandırılması zamanı isə ərazidə olan yaşıllıqlardan əsər-əlamət qalmamışdır. Həmçinin Mərzili, Novruzlu və Yusifcanlı kəndlərinin ərazilərində erməni hərbiçiləri tərəfindən təxminən 4 min, Əfətli, Qaradağlı və Mahrızlı kəndləri ərazisində təxminən 1500, Zəngişalı, Çəmənli və Sarıcalı zonasından Qaradağlı və Kəngərli zonasına doğru təxminən 480, Sarıcalı, Əhmədağalı və Çıraqlı kəndlərindən Göytəpə, Gülçülük və Qərvənd kəndi ərazisinə doğru təxminən 350 hektar ərazi yandırılmışdır. Ümumilikdə 31 kilometrlik təmas xəttində təxminən 6330 hektar təbii otlaq sahəsi erməni işğalçıları tərəfindən məhv edilmiş, nəticədə flora və faunaya ciddi ziyan vurulmuşdur. Eyni zamanda Füzuli rayonunun işğal altında olan Füzuli şəhəri, Yağlıvlənd, Gövşatlı və Dədəli kəndlərinin ərazilərində güclü yanğınlar baş verdiyi müəyyənləşmiş, həmin ərazilərdə olan meşə zolaqlarının yanması tam aydınlığı ilə müşahidə edilmişdir. Rayonun işğal altında olan Əbdürrəhmanlı, Qaraxanbəyli, Qaraməmmədli, Qərvənd, Aşağı Seyidəhmədli, Yuxarı Seyidəhmədli kəndlərinin ərazilərinin də yandırıldığı aşkarlanmışdır. Eyni hadisə Cəbrayıl rayonunun Mehdili, Maralyan və Cocuq Mərcanlı kəndlərinin ərazilərində baş vermişdir. Mütəxəssislərin rəyinə görə, Füzuli və Cəbrayıl rayonlarının ərazilərində erməni işğalçıları tərəfindən törədilmiş yanğınlar nəticəsində 10 min hektardan çox otlaq sahələri və 100 hektardan çox yaşıllıqlar yandırılaraq ətraf mühitə və canlı təbiətə ciddi ziyan vurulmuşdur. Bunlardan əlavə, Tərtər rayonunun ərazisində erməni hərbçilərinin törətdiyi yanğınlar nəticəsində Həsənqaya kəndi yaxınlığında 200, Şıxarx kəndi ərazisində 350 hektar otlaq sahələrinin tamamilə yandırılaraq məhv edilməsi faktı qeydə alınmışdır. Xocavənd rayonunun «Qaraçux» və «Nərgiz təpə» adlanan ərazilərində isə 150 min hektar otlaq, biçənək və yonca, 200 hektar taxıl sahələri yandırılaraq məhv edilmişdir. Müəyyən olunmuşdur ki, həmin ərazidə olan bəzi fauna və flora növlərindən əsər-əlamət qalmamışdır. Hesablamalara görə ötən ilin iyun ayı ərzində törədilmiş yanğınlar zamanı dəyən ziyanın məbləği 4,5 milyon ABŞ dollarından çoxdur. İyul ayında da erməni hərbçiləri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində yenidən törədilmiş yanğınlar nəticəsində ətraf mühitə vurulmuş ziyanın həcmi xeyli artmışdır. Tərtər rayonunun Qapanlı və Seysulan kəndlərində aparılmış müşahidələr zamanı yanğınlar nəticəsində 500 hektardan çox ərazinin yandırılaraq həmin ərazilərdəki fauna və flora növlərinin məhv edildiyi müşahidə olunmuşdur. Mütəxəssislərin rəylərinə görə, yanğınların qarşısını almaq üçün təcili tədbirlər həyata keçirilməzsə bir çox fauna və flora növlərinin nəslinin kəsilmək təhlükəsi baş verə və ərazidə atmosfer havasının normadan artıq çirklənməsi bəzi ekoloji dəyişikliklərə səbəb ola bilər. Daxil olmuş məlumatlara əsasən, yandırılmış ərazilərdə 47 adda bitki və 19 adda ağac nümunələri, o cümlədən «Qırmızı kitab»a düşmüş mürəkkəbçiçəklilər fəsiləsinə aid edilən xırda təkəsaqqal, nərgiz çiçəyi fəsiləsinə aid fişer sternbergiyası yanaraq məhv olmuşdur. Həmçinin «Qırmızı kitab»a düşən böyükdodaq, enlidodaq yarasa, sərtqanadlılar dəstəsinə aid edilən apollon və şəfəqsaçan Qafqaz zerintiyası, yırtıcılar dəstəsinə aid edilən safsar kimi fauna növlərinin bir çoxu da məhv edilmişdir. Təxmini hesablamalar yandırılmış ərazilərin ümumi sahəsinin 33290 hektar və ziyanın ümumi məbləğinin 5443836 manatdan (6,2 milyon ABŞ dolları) çox olduğunu göstərir. Təbiətə dəymiş ziyan «Yanğın nəticəsində atmosfer havasına və bitki örtüyünə dəymiş ziyana görə iddianın hesablanması» təlimatlarına əsasən hesablanmışdır. Əgər nəzərə alsaq ki, torpağın humusla zəngin olan bir neçə santimetr qalınlığında məhsuldar təbəqəsinin əmələ gəlməsi üçün əsrlərlə vaxt tələb olunur, onda erməni vandalizminin torpaqlarımıza, onun ekologiyasına vurduğu zərərin nə dərəcədə böyük olduğunu təsəvvür etmək çətin deyil. Torpağın yandırılması, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 39 nun eroziyalaşması ilə bərabər, həm də təbii otlaq bitkilərinin toxumlarının yanaraq məhv olmasına səbəb olur və təbii biosenozun normal ahəngi pozulur. Endogen ekoloji vandalizm ölkə daxilində təbii ətraf mühit amillərinə, yeraltı, yerüstü sərvətlərə, flora və faunaya qarşı törədilən düşünülmüş və düşünülməmiş ekoloji terrorizm və soyqırım nəticəsində yaranır. Ekoloji vandalizmin bu və digər — ekzogen növü nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən bəşəriyyətin sivilizasiyasına və BMT-nin Davamlı İnkişaf Konsepsiyasının və Proqramının həyata keçirilməsinə neqativ təsir göstərən bir nömrəli amil kimi qiymətləndirilir və onunla mübarizə ən öncül yerdə durur. Vandalizmin bu növü bəşəriyyət sivilizasiyanın bütün dövrlərində mövcud olmuşdur. XIX əsrin sonu və XX əsr insanın təbiətə, onun sərvətlərinə düşmənçilik, qəddarlıq, terrorçuluq, soyqırım münasibəti bəslədiyi dövr kimi bəşəriyyətin tarixinə qara səhifə ilə həkk olunub: müxtəlif ölkələrdə fabrik, zavod, kombinatlar və istehsal müəssisələrinin tullantıları, radioaktiv çirklənmə, kənd təsərrüfatında işlədilən kimyəvi preparatlar (pestisidlər, herbisidlər və s.) litosferi, hidrosferi və atmosferi çirkləndirib, biosferin və ekosistemlərin ekoloji tarazlığını və durumunu pozub, onun normal ahəngini, ritmini tamamilə öz məhvərindən çıxarıb, flora, fauna, bir sözlə, təbiətə və onun sərvətlərinə çox güclü zərbə endirilib, okean, dəniz, göl və çaylar zəhərli və zərərli maddələrlə çirklənib, planktonlar məhv olub. Təbiətə, onun sərvətlərinə mənfi münasibət XX əsrdə sanki özünün pik və kulminasiya nöqtəsinə çatmışdır. Nəticədə ətraf mühitin biotik (canlı) və abiotik (cansız) amilləri güclü antropogen təsirə məruz qalmış, bir çox bitki və heyvan növləri (biotlar) məhv olmuş, onların kökü kəsilmiş, bəziləri isə məhv olmaq ərəfəsində olmaqla artıq «Qırmızı kitab»lara düşmüşdür. Bu proses yenə də davam edir, özü də fasiləsiz və çox sürətlə. Dəhşətli və təhlükəli ekoloji fəlakətlərdən ən əsası antropogen təsirə məruz qalan, canlı aləmi Günəşin dağıdıcı ultrabənövşəyi şüalarından qoruyan ozon təbəqəsinin (ozonosfera) son zamanlar nazilməsi, Şimal və Cənub qütblərində isə tez-tez deşilməsidir. Ozon oksigenin allotrop modifikasiyası və atmosferin «mavi ekran»ı olmaqla əsasən onun 10-50 km hündürlüyündə toplanır, atmosfer havasının 100 mində bir hissəsini təşkil edir. Ozonun canlı aləmin mövcudluğu üçün əvəzsiz amil olmasına baxmayaraq onun miqdarı hər il 0,3 -1, qışda isə 6-8 faiz azalır. Xlor, flüor üzvi birləşmələri ozonu 450-600 dəfə çox parçalayır, freon -12 isə onu daha tez dağıdır. Antropogen təsirlərdən ozonosferada yaranan «ozon dairəsi»nin (dəliyinin) diametri ABŞ-ın ümumi ərazisinə bərabərdir. Göründüyü kimi, ozon problemi müasir ekologiyanın qlobal məsələsinə çevrilib. Dünyanın ayrı-ayrı ölkələrində insanların təbiətə, ətraf mühitə, onun amillərinə çox güclü antropogen təsiri nəticəsində yaranan iqlimin ekoloji xəritəsinin dəyişməsi yeni əsrin ən prioritet istiqamətli qlobal problemidir. Qlobal istiləşmə və «parnik effekti» XX əsrdə texniki tərəqqinin atmosferdə yaratdığı ən faciəli, dəhşətli hadisə kimi dəyərləndirilməlidir. Günəş istiliyinin 90 faizi Yer səthindən əks etdirilir. Atmosferdə CO, CO2, NH3, NO, NO2 və hallogenlərin miqdarının artması nəticəsində havanın temperaturunun normadan çox olması qlobal istiləşmə və «parnik effekti»nə səbəb olur, nəticədə quraqlıq, səhralaşma kimi ekoloji böhranlar yaranır. Hazırda dünyanın bütün ölkələrində superurbanizasiya, zülal aclığı, ərzaq, içməli su problemi, demoqrafik partlayış və digər qlobal problemlər başlayıb, ekoloji balansın dəyişməsi yeyinti məhsullarını yararsız hala salıb, insan və heyvanlar arasında infeksion (yoluxucu və invazion) xəstəliklər çoxalıb, yeni, indiyədək elmə məlum olmayan, uzun müddətli müalicə tələb edən, dəhşətli, faciəli xəstəliklər daha tez-tez müşahidə edilərək bəşəriyyəti təlatümə gətirir. BMT-nin məlumatına görə, təkcə QİÇS xəstəliyi müşahidə olunduqdan (1959, Afrika) sonra dünyada 60 milyondan çox insan bu bəlaya yoluxub. Hər gün 24 yaşınadək 6 min gənc, 15 yaşınadək 2 min uşaq və yeniyetmə QİÇS-ə yoluxur. Artıq planetin 10 milyon əhalisi bu bəladan dünyasını dəyişib. Respublikamızda da QİÇS-lə xəstələnmiş 650 nəfər yerli və əcnəbi vətəndaşlar qeydiyyata alınmışdır. Bəşəriyyət əvvəllər alimlərin diqqət mərkəzindən yayınan və hazırda çox ciddi epizootoloji və epidemioloji real təhlükəyə çevrilən H5N1virusunun törətdiyi quş qripi xəsəliyi ilə də qarşılaşıb. Bu xəstəlik 1918-ci ildən etibarən müşahidə olunmaqla indiyədək dünya üzrə 40 milyon adamın ölümü ilə nəticələnmişdir. Artıq bu gün həmin xəstəliyin ərazisi genişlənərək hətta Azərbaycanacan gəlib çıxmışdır. Planetimizin hər yerində olduğu kimi, respublikamızda da mövcud olan ekoloji bumeranqın (insanların təsərrüfat və digər fəaliyyəti zamanı düşünülmədən təbiətə göstərdiyi antropogen təsirlər nəticəsində yaranan neqativ ekoloji fəsadlar, insanların proqnozunu nəzərə almadan adaptasiya olunduğu məhvedici adətlər, özləri üçün «ölüm hökmü» verməsi) qarşısının alınması təbiətin və onun sərvətlərinin, bütövlükdə isə bütün bəşəriyyətin mühafizəsində həyati vacib amillərdən biridir. Əlbəttə, dövlət səviyyəsində təbiətin qorunması sahəsində çox ciddi tədbirlərin həyata keçirilməsinə baxmayaraq, əhalinin ekoloji sivilizasiyası və mədəniyyəti hələ də günün tələbləri ilə uzlaşmır və ekoloji bumeranq yenə də davam edir. Zənnimizcə, bunun ən ümdə səbəbi əhalidə ekoloji şüurun sivilizasiya səviyyəsində formalaşmamasıdır. 

 

Advertisements
By Teymur Kasamanli Posted in EKO SOS