GÖRKƏMLİ TƏBİƏTŞÜNAS ALİMLƏ GÖRÜŞ


QARA-2Məhşur ekoloq-alim, biologiya elmləri doktoru, professor Qara Müstafayev məktəblilərin qonağı olub

Dekabrın 3-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki Nazim İsmayılov adına 80 nömrəli tam orta məktəbdə biologiya elmləri doktoru, “Şöhrət” ordenli tanınmış zooloq-ekoloq alim, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının akademiki Qara Mustafayevlə görüş keçirilib.
QARA_4AZƏRTAC xəbər verir ki, məktəbin direktoru Əlislam Abasquliyev çıxış edərək uşaqlara AzTV-nin ekranlarından maraqla qulaq asdıqları “Təbiəti sevənlər” proqramının əvəzsiz aparıcısını, xalqımızın əsrarəngiz təbiətinin yorulmaz təbliğatçısını — Qara Mustafayevi təqdim edib.
QARA-6Bildirilib ki, Bakı Dövlət Universitetinin (BDU) kafedra müdiri kimi fəaliyyət göstərən yorulmaz alimin onlarla yetirməsi ölkəmizin ali və orta məktəblərində biologiya elmini tədris edir. O, çoxlu sayda alimlər yetişdirib. Qara müəllimin yüzlərlə elmi monoqrafiyası, 500-dən çox elmi və populyar əsəri, dərslik, metodik və elmi kitabları 15-dən çox ölkədə müxtəlif dillərdə nəşr edilib. Alim ana təbiətin gözəlliklərinə həsr olunmuş 5 sənədli filmin ssenari müəllifidir.
QARA-5Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşi Fərman Abdullayev, Sabunçu rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Məhəmməd Əsədov, BDU-nun dosenti, biologiya üzrə fəlsəfə doktoru Anar Məmmədov, orta məktəbin biologiya müəllimi Zülfiyyə Mehdiyeva, şairə-publisist Zərəngiz Mansurova və başqaları Qara Mustafayevin elmimizə verdiyi töhfələrdən söhbət açıblar.
QARA-1Tədbirdə gənc təbiətçilər şair-publisist və təbiətşünas alim Anar Məmmədovun müəllimi Qara Mustafayevə və təbiət gözəlliklərinə həsr etdiyi şeirlərdən ibarət ədəbi-bədii kompozisiya təqdim ediblər.
Məktəbin direktoru Qara müəllimin məktəbin fəxri üzvü seçildiyini bildirib və bu münasibətilə ona fəxri diplom təqdim edib.
QARA-7Məktəbin biologiya müəllimi Zülfiyyə Mehdiyeva da “Bizim Qara müəllim” adlı tədbirin təşkilatçısı kimi fəxri fərmanla təltif olunub.
Sonda Q.Mustafayev tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, şagirdlərə dərslərinə hazır olmağı və təbiəti sevməyi tövsiyə edib. Şagirdlər alimlə xatirə şəkli çəkdiriblər.
Z.Mansurova, AZƏRTAC

Advertisements