AMARANT XXI ƏSRİN BİTKİSİDİR


565E.B. Əliyev, b.ü.f.d., C.M. Təlai b.ü.f.d, dosent

Əkinçilik Elmi-Tədqiqat İnstitutu`
E-mail elxan-aliyev00@rambler.ru

Hazırki məqalədə amarant bitkisinin tarixi, mənşəyi, yayılma arealı, növləri, müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatında, təbabətdə, kosmetologiya, formokologiya və sairə sahələrdə bir sıra qiymətli xüsusiyyətləri ilə bağlı geniş məlumatlat verilmişdir.
АМАРАНТ РАСТЕНИЕ XXI века
Э.Б. Алиев, Дж.М. Талаи,

В настоящей статье дана общирная информация об истории, происхождении, ареале распростронении, видах, некоторых полезных свойствах растения амаранта в разных областях, в том числе в сельском хозяйстве , медицины, косметологии, фармaкологии и др.

AMARANTH a XXI-st century PLANT
E.B.Aliev, J. M.Talai 

In present article the extensive information on history, an origin, an area distribution the species, some useful properties of a plant of an amaranth different areas, including in agriculture, medicine, cosmetology, pharmacology and etc is given.
Açar sözlər: amarant, zülal, yem, skvalen, becərmə, məhsul
Ключевые слова: амарант, белок, корм, сквален, выращивание, урожай
Key words: Amaranth, fiber, a forage, squalus , cultivation, a crop
Mövzunun aktuallığını elmi cəhətdən əsaslandırmamışdan öncə qeyd edək ki, BMT – nin ərzaq komissiyasının 2014- cü ildə gəldiyi yekdil rəyinə əsasən qaratərə bitkisi və ya pəncər (bundan sonra Amarant) öz qidalılıq və müalicəvi xüsusiyyətlərinə görə XXI əsrin bitkisi kimi qəbul edilmişdi. Bu bitkiyə göstərilən son dərəcə xüsusi diqqət və verilən belə bir yüksək qiymət ilk növbədə onun insanın həyat fəaliyyətinin ən müxtəlif sferalarında çoxlu sayda müsbət xüsusiyyətləri və eyni zamanda ətraf mühit və ekologiyanın sağlamlaşdirilmasinda əvəzedilməz bitki obyektlərindən, ən əsası isə sürətlə artan dünya əhalisinin yüksək keyfiyyətli zülal ilə təmin etməsi imkanlarının hədsiz dərəcədə geniş spektra malik olması ilə izah edilir.
Vətəni Meksika ölkəsinin ərazisi də daxil olmaqla Cənubi və Mərkəzi Amerika hesab olunan amarant qədim yerli hinduların, asteklərin və inklərin qarğıdalıdan sonra bitki mənşəli qida rasionunun əsas tərkib hissəsini təşkil edirdi. Hindular bu bikinin dənini “Allahın qızıl dəni”, “hindu buğdası” “ inklərin çörəyi ” adlandıraraq onun qidalılıq və müalicəvi xüsusiyyətlərini olduqca yüfsək qiymətləındirirdilər.
Ancaq, bəzi müqəddəs hindu ənənələrinin icra edilməsində — diri insanların qurban verilməsi ayinlərində amarant unundan bal və insan qanı ilə qarışdırılaraq hazırlanmış insan fiqurlarından istifadə olunması adətləri asteklərin “mistik toxumların” becərilməsinə kəskin qadağalar qoydu. Qadağalar bu bitkini “Şeytan bitkisi” adlandıran ispan konkistodorları –işğalçıları tərəfindən tətbiq edilərək kotolik kilsənin dəstəyi ilə bir neçə yüzilliklər qüvvədə qaldı. Beləliklə, ölüm qorxusu altında bu bitkinin becərilməsi Avropada tam dayandırıldı, 8000 ildən artıq dövrdə öz vətəni Amerikada isə onun əkinləri məhv edildi və bununla da yetişdirilməsi tədricən yaddan çıxdı.
Yalnız, çətin keçilən dağ ərazilərində yaşayan hindu qəbilələri amarantın (başqa bir adı Uautli) becərilməsini davam etdirirdilər. Özünün ikinci doğum tarixini amarant XX əsirdə, ABŞ alimlərinin bu bitkinin dəyərli xüsusiyyətlərinə yetirdikləri diqqətdən sonra əldə etdi və hazırda dünyanın yüzlərlə elmi tədqiqat institutları bu qədim bitkinin dirçəlişi ilə bağlı müxtəlif səpgidə müasir səviyyəli ciddi tədqiqat işləri aparırlar.
Son dərəcə qiymətli dənli, tərəvəz, yem, texniki və bəzək bitkisi olan Amarant bitkisinin botaniki adı yunan sözü – amarontos, yəni solmayan çiçək sözündən götürülüb. Qış fəsli üçün qurudulmuş çiçəkləri 3-4 ay müddətində solmayaraq ilkin formasını saxlaya bilmək qabiliyyətinə görə onu haqlı olaraq el içində “ insanların qış dostu” adlandırmişlar. Bir qayda olaraq amarant birillik, birevli, amarantkimilər fəsiləsinə aid olan bitkidir.
Bitkinin hündürlüyü 2-3 metrə, gövdəsinin diametri 8-10 sm, kütləsi isə 3-5 kiloqramdan 30 kq –a qədər çatır. Süpürgəsi müxtəlif forma və sıxlıqda olub uzunluğu 1.5 m., dəni xırda, rəngi ağ, çəhrayı, qəhvəyi, qara, lak parıltılı çalarlara malik olur. Süpürgədə 0.5 kq –a qədər dən əmələ gəlir ki, onlardanda 1000 dənin çəkisi 0.6-0.9 q. arasında olur.
Yetişmiş halda bitkinin yarpaqlarının sayı 500 dən — 1000 -ə qədər çatır, 1m2 torpaqda yarpaqlar bir neçə yaruslar üzrə yerləşirlər ki, bu da ümumi yarpaq səthinin 6- 10 dəfə çox olmasına dəlalət edir. Amarant bitkisi C4 fotosintetik tip xüsusiyyətinə malik olduğundan o qısa müddət ərzində lazımi qida mühitində çox böyük fitokütlə toplamaq (2000 s /ha) qabiliyyətinə malikdir. İqtisadı səmərəliliyi baxımından rəsmi hesablamalar göstərir ki, bu həcmdə yaşıl kütlə əmələ gətirən amarant bitkisinin 1 hektar əkin sahəsindən müxtəlif təyinatlı istiqamətlərdə istifadəsindən 37.500 ABŞ dollarında xalis gəlir götürmək mümkündür

Amarantın ilk yaranma mənşəyi Cənubi Amerika olduğundan bu ərazidə onun çoxlu sayda növ və növmüxtəlifliyinə təsadüf edilir. Sonralar o Şimali Amerikaya, Hindistana və digər rayonlara gətirilmiş və beləliklə də bitkinin ikinci yaranma ocağı və formaəmələgəlmə mərkəzi Şimali Hindistan və Çin ölkələrinin əraziləri sayılır ki, hazırda bu regionlarda amarantın bir çox növ və növmüxtəlifliyi yayılmışdır.
Avropaya bu bitki ispanlar tərəfindən gətirilmiş, ilk vaxtlar bəzək bitkiləri kimi, XVIII əsrdən başlayaraq yem və yarma istehsalı üçün becərilirdi.
Hazırda dünya üzrə onun 65 cinsi, 900 — ə qədər növü məlumdur ki, onlardan 17 növü Rusiyada, 9 – u isə Azərbaycanın ərazisində yayılmışdır. Respublikamızda amarantın ən çox yayılan növləri — qırmızıbaldır qaratərə (Amaranthus blitum), quyruqlu qaratərə (Amaranthus caudatus L.), göyümtül qaratərə (Amaranthus lividus L.), süpürgəvarı qaratərə (Amaranthus paniculatus), geriqatlanan qaratərə (Amaranthus retroflexus L.), üçrəng qaratərə (Amaranthus tricolor L.) və digər 3 növ — Amaranthus hybridus , Amaranthus spinosus, Amaranthus viridis –dir.
Bizə qonşu olan Rusiya ölkəsində amarant (rusca şiritsa) yeni bitki sayılsa da o zəngin və balanslaşdırılmış zülal tərkibinə, vitamin və mineral duzların yüksək qidalılıq xüsusiyyətlərinə görə qısa müddət ərzində çoxlu sayda müxtəlif sahədə çalışan mütəxəssislərin diqqətini cəlb etmiş və hazırda ən əsas bioloji tədqiqat obyektlərindən birinə çevrilmişdir. Onun demək olar ki bütün orqanlarının – dəninin, yarpaqlarının, gövdəsinin qida üçün yararlı olması hələ keçən əsrin 30- cu illərində görkəmli sovet alimi N.İ. Vavilovun (1932) nəzərindən yayınmamış, o bu bitkinin gələcəkdə təkcə dünya əhalisinin ərzaq təminatında deyil, insanların həyat fəaliyyətinin ən müxtəlif sferalarında prioritet mövqe tutacağına böyük ümidlər bəsləmişdir. Ancaq məlum səbəblərdən – onun həmin illərin repressiyasına məruz qalması alimin ideyalarının uzun dövr ərzində reallaşmasına imkan vermədi. Hazırda Sank-Peterburq dövlət universitetinin professoru İ.M. Maqamedovun rəhbərliyi ilə amarantın kənd təsərrüfatına intensiv tətbiqi Rusiyada və keçmiş SSRİ –nın digər ölkələrində geniş miqyasda həyata keçirilir. Artıq “Amarant ” adlanan Avropa assosiyasiyası yaradılmışdır ki, onun da prezidenti İ.M. Maqamedov seçilmişdir.
Protein tərkibinə görə amarant (13-19 %) daha çox nəzəri hesablanmış ideal zülallara, əvəzolunan və əvəzolunmaz amin turşularının balanslaşdırılmış tərkibinə görə isə ana südünə bərabər hesab edilir. Müqayisə üçün qeyd edək ki, ideal zülalda qidalılıq qiymətinin əmsalı –amarant üçün 75, inək südü – 72, soya – 68, arpa – 62, buğda – 60, qarğıdalı – 44, araxis – 32 təşkil edir. Hesablamalara görə 100 qr. amarant zülalının tərkibində 6.2 qr. əvəzolunmaz lizin amin turşusu mövcuddur ki, bu qədər lizin heç bir bitkidə müşahidə edilməyib və onun qıtlığı zamanı qəbul edilən qida tərkibindəki zülal orqanizm tərəfindən mənimsənilməyərək, “tranzit” şəkildə “yan keçərək” ixrac olunur. Təsadüfi deyil ki, hələ 1979-cu ildə Amerikanın “Fermer” jurnalında müxtəlif mənbələrdən olan zülalların qidalılıq dərəcəsinin qiymətləndirilməsinə dair dərc edilən cədvəldə amarant birinci yeri tutmuşdur.
Məlum olduğu kimi insan diğər heyvanlar kimi bədən üçün zəruri olan zülalların sintezi üçün 21 məlum amin turşularından yalnız 11 –ni sintez edir, qalan 10 əvəzolunmaz amin turşularını isə hazır formada qida ilə alır. Zülal çatışmazlığı orqanizmin cavan yaşlarında xüsusən böyük təhlükə kəsb edir.
Hazırda yer kürəsində 1 milyarddan çox əhali zəruri qida çatışmazlığından və xüsusən də zülal qıtlığından əziyyət çəkir ki, bu da onlarda fiziki, əqli qüsurların və müxtəlif formada ciddi ağır xəstəliklərin yaranmasının əsas səbəbi hesab olunur. Odur ki, bitki mənşəli qidalarda zülalın miqdarının artırılması və keyfiyyətinin yaxşılaşdırılması dünya alimlərinin qarşısında duran ən təxirəsalınmaz vəzifələrdən sayılır və bu istiqamətdə aparılan tədqiqatlarda zülal mənbəyi kimi amarant bitkisinin xüsusi rolu gündəmdə durur. Artıq ilk üğürlar inkişaf etməkdə olan ölkələrdə milyonlarla insanların qida rasionunun əsasını təşkil edən, çoxlu sayda müsbət xüsusiyyətləri ilə yanaşı, ancaq zülal tərkibinə və miqdarına görə bir o qədər də yüksək göstəricilərə malik olmayan kartof bitkisində əldə edilmişdir. Belə ki, Hindistan biotexnoloqlarının kartofun zülal tərkibini artırmaq üçün sınaqdan keçirdikləri müxtəlif mənbələrdən olan genlərdən yalnız amarant bitkisinin dənindən alınan AmA1 (Amaranth Albumin1) geninin köçürülməsi əsasında yaradılan transgen kartof analoqu praktiki tətbiqinə görə müsbət nəticələr verdi. Ənənəvi üsulla – aqrobakteriyaların köməkliyi ilə köçürülən AmA1 geninin ən əsas funksiyası köküyumrularda zülal ehtiyatlarını toplamaqdan ibarət olmuşdur. Yeni yaradılmış transgen kartof bitkisində zülalın miqdarı adi köküyumrularla müqayisədə 60% çox, aminturşularının balanslaşdırılmış miqdarına və eləcə də qidalılıq göstəricisinə görə yüksək olduğundan o Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən dəstəklənmişdir.
Bu tədqiqatlarda diqqət çəkən məqam odur ki, Amarant bitkisi, digər mədəni bitkilərdən fərqli olaraq geni qəbul edən resipiyent forma qismində deyil, əksinə, donor kimi istifadə olunaraq başqa bir bitkinin, bu halda kartof bitkisinin, zülal tərkibini, onun qidalılığını yüksəltmək məqsədi ilə iştirak etmişdir. Şübhə yoxdur ki, amarant bitkisinin donorluq xüsusiyyəti təkcə bununla məhdudlaşmır, onun çoxlu sayda qiyməli əlamətləri taksonomik cəhətdən daha yaxın olan – bitkilər arasında gen mübədiləsini, başqa sözlə, gen manipulyasiyalarını aparmağa geniş imkanlar yaradır ki, bu da GMO orqanizmlərlin istifadəsi zamanı ehtimal olunan risklərin minimum həddə endirilməsinə xidmət edəcək.
Amarantın ən qiymətli xüsusiyyətlərindən biri onun dənindən hazırlanmış yağında skvalen adlanan maddənin olmasıdır. Bu maddə antioksidant xüsusiyyətinə malik olmaqla yanaşı şiş xəstəliklərinin qarşısının alınmasında, xərçəng hüceyrələrinin dağıdıcı təsirinin aradan götürülməsində ən güclü vasitə hesab edilir. Bundan əlavə çoxdan məlumdur ki, skvalen insanlar üçün antikonseregen, antimikrob, antifungisid və immunostimulyator funksiyalarını yerinə yetirməklə orqanizmdə oksigen qıtlığını azaldır, hüceyrələrin oksidləşdirici fəaliyyətini gücləndirir, şiş xəstəliklərinin yaranmasını və inkişafını dayandırır, bütövlükdə orqanizmin immun sisteminin gücünü dəfələrlə artırır və beləliklə də orqanizmin vaxtından əvvəl qocalmasına imkan vermir.
İlk dəfə olaraq skvalen 1906 – cı ildə Yapon alimi doktor Mitsimaro Tsudjimoto tərəfindən dərin sularda yaşayan köpək balıqlarının qara ciyərindən alınıb, elə öz adını da köpək balığının adından ( latınca — squalus köpək balığı deməkdir) götürmüşdür. Skvalen dərin sularda oksigen qıtlığında ( hipoksiya şəraitində) yaşayan köpək balıqlqrı üçün ən zəruri maddə hesab olunur
Fizioloji və biokimyəvi neqteyi nəzərdən skvalen hidrogenlə doymamış təbii bioloji karbohidrogen birləşmədir. İsveçrəli, Sürix universitetinin professoru, Nobel mükafatı lauriatı doktor Klaur 1931- ci ildə apardığı tədqiqatlarla sübut etdi ki, bu birləşmənin sabit vəziyyətə düşməsi üçün ona 12 hidrogen atomu çatmır ki, o da bu atomları mümkün olan ən müxtəlif mənbələrdən əldə edə bilir və odur ki, orqanizmdə ən çox hidrogen mənbəyi su olduğundan o asanlıqla su ilə reaksiya girərək oksigeni ayırır ki, bu da öz növbəsində toxuma və hüceyrələrin oksigenlə zənginləşdirilməsini təmin edir.
Son zamanlara qədər bu maddə yalnız adı çəkilən köpək balıqlarının qara ciyərindən alınırdı ki, bu da təkcə onun yüksək qıtlığı və baha başa gəlməsi demək deyildi, eyni zamanda az sintez (köpək balıqlarının ciyərində cəmi 1-1.5% skvalen sintez olunur) olunması və ona olan təlabatın cüzi ödənilməsi demək idi.
Skvalenin unikal xüsusiyyətləri və eləcə də son dərəcə çətin əldə edilməsi alimlərin onun alternativ mənbələrinin axtarışı istiqamətində tədqiqatlarını genişləndirməyə və intensivləşdirməyə vadar edirdi. Müasir tədqiqatların nəticəlıəri bu maddənin az miqdarda da olsa zeytun yağında, buğda cücərtilərində, düyü kəpəyində və maya göbələyində mövcudluğunu göstərdi. Həmən axtarışlar prosesində məlum oldu ki, bu maddənin ən çox miqdarına (8-10 %) amarant bitkisinin dəninin yağında təsadüf edilir və indiyə qədər bu rekord göstərici heç bir canlı orqanizmdə qeydə alınmayıb.
Bir müddət sonra skvalen insanların piy vəzilərində tapılmışdır ki, bu da kosmetologiya sahəsində çox böyük inqilabi hadisəyə səbəb oldu. Belə ki, insan dərisinin tərkibinin təbii komponenti olan bu maddə bədənə çox asanlıqla sovrularaq kocmetik vasitələrdə həllolunan maddələrin orqanizmə daxil olmasını sürətləndirir. Bundan əlavə, çoxlu sayda dəri xəstəliklərinin, o cümlədən ekzemaların, psarioz, trofik xora və yaniqların, müxtəlif xarakterli yaraların tez sağaltması xüsusiyyətlərinə görə o xalq və müasir təbabətin mühüm müalicəvi üsullarından sayılır. Hətta sübut edilib, ki şiş üzərində dərinin amarant yağı ilə yaxılması həmin sahənin terapiya zamanı şüalandırılmasında şüa dozasını heç bir risk etmədən, radiasiya yanığı yaratmadan artırmaq olar. Amarant yağından terapiyadan əvvəl və sonra istifadə edilməsi zamanı skvalen bədənə nüfuz etməklə daxili orqanların regenerativ proseslərinin sürətlə getməsini və beləliklə də xəstə pasiyentlərin öz sağlamlıqlarını tezliklə bərpasını təmin edir. Farmakoloqlar haqlı olaraq bu bitkini dərman anbarı hesab edərək göstərirlər ki, o, məlum olan bütün antioksidantlar arasında ən güclüsüdür. Görünür əbəs yerə amarant sözünün başqa bir mənası – “ölməzlik”- anlayışı kimi bir çox slavyan xalqlarının arasında geniş yayılmayıb.
Amarantın yuxarıda sadalanan çoxlu sayda müsbət xüsysiyyətlərinin siyahısı heç də bunlarla bitmir və onun geniş imkanlarını özündə tam əks etdirmir.
Belə ki, bu bitkinin kənd təsərrüfatınnın müxtəlif istiqamətlərində istifadəsi heyvandarlıq, quşçuluq, arıçılıq təsərrüfatlarının rentabelli inkişafına, bu sahədə məhsul istehsalının artırılmasına öz əvəzsiz töhfəsini verir. Amarantın yaşıl kütləsini bütün ev heyvanları (ördəklər.toyuqlar,dovşanlar,qaramal donuzlar,) çox həvəslə yeyirlər. Qida rasionuna amarantın əlavə edilməsi heyvanların say artımına, əldə olunan məhsulun kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəldilməsinə və eyni zamanda çəkilən xərclərin maya dəyərinin aşağı salinmasına öz müsbət təsirini göstərir. Müşahidələr göstərir ki, əgər qida üçün ümumi yem məhsullarına 25 % amarant bitkisinin yaşıl kütləsi əlavə edilərsə dovşanların, xəzdərili heyvanların, cücələrin inkişafı 2-3 dəfə, donuzların 2.5 dəfə tezləşir, inək və keçilərin süd sağımı və süddə yağın miqdarı xeyli yüksəlir, donuzların 4 ay müddətəndə diri çəkisi 60 kq artır.
Amarant çox yaxşı siloslaşdırılır, ancaq onun qarğıdalı və sorqo ilə qarışığı daha böyük effekt verir, çünki qarğıdalının yaşıl kütləsində şəkər, amarantda isə proteinlərın çox olması qarışıq silosun qidalılığını daha da artırır.
Aqrotexniki baxımdan amarantın becərilməsi ilə bağlı bir sıra müsbət xüsusiyyətləri onu digər mədəni bitkilərlə müqayisədə xeyli sayda üstünlüklərə malik olduğunu göstərir ki, bu da müasir dövrdə fermerlərin və torpaq mülkiyyətçilərinin böyük marağına səbəb olmuşdur. Belə ki, bitkinin dən çıxımı üzrə məhsuldarlığı stabil olaraq 35-60 s /ha təşkil edir, yaşıl kütləsinin maksimal məhsuldarlığı 2000 s /ha çatır və bu qədər məhsul əldə etmək üçün 1 hektara cəmi 0.5-1 kq toxum materialı kifayət edir. Müqayisə üçün qeyd edək ki, 1 hektarda buğda əkini aparmağa 200 kq, qarğıdalı üçün isə 50 kq toxum materialı tələb olunur. Amarantı torpaqdan 18-20 sm hündürlükdə kəsdikdə 3-4 həftə ərzində o özünü yenidən bərpa edir. Onun son dərəcə güclü kök sistemi hesabına quraqlığa ən davamlı bitkilərdən olması, şoranlıq şəraitində bəzi formalarının 3 m hühdürlüyə qədər inkişaf etməsi, cücərdikdən 2 ay sonra 1600 s /ha yaşıl kütlə məhsulu vermə qabiliyyəti, onun ən müxtəlif aqroekoloji şəraitlərə qisa zanam kəsiyində uyğunlaşma qabiliyyəti, heç bir itkiyə yol vermədən bütün oranlarının müxtəlif təyinatlı istiqamətlərdə geniş istifadə edilməsi bu möcüzəvi bitkinin unikallığına dəlalət edən xüsusiyyətlərdən sayılır.

Bütün bunlarla yanaşı bu bitkinin bir faydalı xüsusiyyətini də — neftlә çirklәnmiş torpaqların rekultivasiyası vә reabilitasiyasının hәyata keçirilmәsindә oynadığı rolu zənnimizcə xüsusi qeyd etmək lazımdır.
Məlumdur ki, neftlә çirklәnmiş torpaqlar hazırda ən müxtәlif üsullarla tәmizlәnir ki, onlardan biri də Azәrbaycan Milli Elmlәr Akademiyasının (AMEA) alimlәri tәrәfindәn neftlә çirklәnmiş torpaqların bitki, mikroorqanizm vә onurğasızların vasitәsi ilә tәmizlәnmәsi təklifi olmuşdur. Müәyyәn edilib ki, ot bitkilәrindәn pəncәr, yarğanotu, adi yovşan, dәvәtikanı, sürünәn ayrıq, onurğasızlardan soxulcan kimi tanınan yağış qurdu, mikroorqanizmlәrdәn isә bәzi bakteriyalar vә maya göbәlәklәri torpaqda ağır metal zәrrәciklәrini vә radionuklidlәri toplaya bilmə qabiliyyətinə malikdirlər. Neftlә çirklәnmiş torpaqlara amarant kimi güclü köklәri olan bitkilәr əkdikdə onlar müәyyәn müddәt әrzindә topraqdakı zәrәrli maddәlәri canına çәkib onu әkin üçün yararlı hala salırlar.
Son illər ölkəmizdə bu bitkinin yetərincə faydalı xüsusiyyətləri nəzərə alınaraq ona olan diqqət xeyli artmış, müxtəlif beynəlxalq səviyyələrdə layihələr həyata keçirilmiş amarant üzərində aparılan tədqiqat işlərinin nəticələri böyük uğurlar əldə etmiş onlardan bəziləri yüksək qiymətləndirilmişdir. Belə ki, ilk dəfə 2012-ci ildə keçirilən “İNEPO-Avrasiya” Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasında “Qaratərə bitkisi vasitəsilə neftlə çirklənmiş torpaqların təmizlənməsi” adlı layihə həmin ilin “İNEPO-Avrasiya”- nın bürünc medalına, eyni zamanda da həmin layihə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən “İlin uğurlu neft layihəsi” elan olunaraq xüsusi mükafata layiq görülmüşdür.
Diqqət çəkən layihələrdən biri də Ukrayna Elm vә Texnologiya Mәrkәzinin dәstәyi ilә “Abşeronun neft vә neft mәhsulları ilә çirklәnmiş torpaqlarının bioremediasiya üsullarının işlәnib hazırlanması” layihәsi üzrә tәdqiqat işlәri olmuşdur. Bu tәdqiqatlarda Azәrbaycan Milli Elmlәr Akademiyasının Botanika, Radiasiya Problemlәri, Mikrobiologiya, Torpaqşünaslıq vә Kimya proseslәri İnstitutlarının aparıcı alimlәrinin iştirakı ilə canlılar arasında mövcud olan qida әlaqәlәrindәn istifadә edәrәk mikroorqanizmlәrin, torpaq onurğasızlarının vә bitkilәr də cəlb olunmaqla çirklәnmiş torpaqların tәmizlәnmәsi üsulu işlәnib hazırlanmış və hazırda bu istiqamәtdә tәdqiqatlar davam etdirilir.
Bütün yuxarıda şərh olunanlara əsaslanaraq tam əminliklə demək olar ki, amarant və ya qaratərə bitkisi Azərbaycan Respublikası Prezedenti tərəfindən yaxın gələcəkdə gözlənilən növbəti Fərmanında “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nda digər bitkilər kimi, öz layiqli yerini tutacaq, onun ölkə ərazisinin müxtəlif regionlarında, xüsusilə quru iqlim şəraiti və dağətəyi rayonlarda elmi əsaslarla geniş miqyaslı tətbiqi gercəkləşəcək.
Hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2015 – ci il 109 nömrəli qərarına əsasən Azırbaycan ET Əkinçilik İnstitutu və Azərbaycan ET Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun bazasında yenidən yaradılmış Əkinçilik ET İnstitutunda və Kənd Təsərrüfatı Nazirliyinin 30 oktyabr 2015 — ci il tarixli 110 nömrəli əmri ilə təsdiqlənmiş yeni strukturuna cəlb olunmuş mütəxəssislər tərəfindən “AZƏRBAYCANIN MÜXTƏLİF AQROEKOLOJİ ZONALARINDA QARATƏRƏ (lat. Amaranthus) BİTKİSİNİN BECƏRİLMƏ TEXNOLOGİYASININ ELMİ ƏSASLARLA İNKİŞAF ETDİRİLMƏSİ” mövzusunda layihə hazırlanmış və yaxın vaxtlarda onun təqdimatı nəzərdə tutulmuşdur. Hazırlanmış layihənin mövzusu Respublikanın aqrar sahədə aparıcı təşkilatlarından biri sayılan yeni yaradılmış Əkinçilik ET İnstitutunun profilinə tam uyğun gəldiyindən bu istiqamətdə tədqiqat işlərinin məhz, adı çəkilən təşkilatda yerinə yetirilməsinin zəruriliyi daha məqsədəuyğun hesab edilir. Yeni struktura malik Əkinçilik ET İnstitutunda yüksəkixtisaslı kadr potensialının (seleksiyaçılar, genetiklər, fizioloqlar, biokimyaçılar, fitopotoloqlar, entomoloqlar, toxumçular, aqronomlar) və müasir tələblərə cavab verən və yüksək texnoloji imkanları ilə səciyyələnən keyfiyyət laborotoriyasının fəaliyyət göstərməsi bu istiqamətdə tədqiqat işlərinin yüksək səviyyədə həyata keçirilməsinə böyük ümidlər yaradır.

Реклама