Millət vəkili həyacan təbili çaldı


unnamed (1)

“Geni dəyişdirilmiş məhsullar milli təhlükəsizliyimizə sui-qəsddir”

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi bu günlərdə QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə BMM-də “Gəncləri GMO məhsullarının insan sağlamlığı üçün yaratdığı təhlükələr və bu sahədəki qanunvericilik aktları barədə maarifləndirmək” layihəsi çərçivəsində tədbir keçirib.Tədbirdə Milli Məclisin İqtisadi Siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat və Sənaye nazirliklərinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdşları, Əkinçilik elmi tədqiqat insitutunun baş elmi işçisi biologiya elmləri namizədi Elxan Əliyev, “ Eko-İnter ” ictimai-siyasi beynəlxalq ekoloji jurnalın baş redaktoru Teymur Kəsəmənli və gənclər təşkilatları, fəal gənclər və ekoloji mövzuda yazan jurnalistlər iştirak ediblər. Tədbiri açan “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri Ramiz Cürənov bildirib ki, layihənin həyata keçirilməsində məqsəd gənclərin GMO məhsulları, bu məhsulların insan sağlamlığı üçün yarada biləcəyi təhlükələr və Azərbaycanda bu istiqamətdə qanunvericilik sahəsində atılan addımlar barədə məlumatlandırmaq, yazılı və elektron KİV-ləri maarifləndirmə işlərinə cəlb etməkdir. Tədbirdə çıxış edən Elxan Əliyev ilk öncə GMO məhsulları haqqında maarifləndirmə işinin lazımı səviyyədə olmamasından söhbət acdı və daha geniş tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğuladı. Onu da bildirdi ki əgər zəruri addımlar atılmazsa, əhalinin ekoloji baxımdan təmiz kənd təsərüfatı məhsulları ilə təmin edilməsi sual altına düşəcək.“ Eko-İnter ” jurnalının baş redaktoru Teymur Kəsəmənli cıxış edərək bildirdi ki,GMO məhsulları sahəsində maarifləndirmə işinə hələ 2004-cü ildə başlanmışdır. Bununla belə bu sahədə hələ görüləcək xeyli işlərin olduğunu bildirdi. T. Kəsəmənli GMO məhsullarının respublikaya gətrilməsinin qarşısının alınmasında yeganə cıxış yolunun kömrük-keçid məntəqələrində beynəlxalq standartlara uyğun loboratoriyaların yaradılmasında gördüyünü bildirdi. O, eyni zamanda son illər respublikada toyuq broylerlərinin genişlənməsinin və onlarda geni dəyişdirilmiş məhsulların hazırlanmasının, heyvandarlıqda kökəltmə üsulunun GMO –ya əsaslanmasının yeni fəsadlara yol aca biləcəyi təhlükəsindən danışdı. T. Kəsəmənli həmçinin Abşeron və digər regionlarda istixana şəbəkələrinin genişlənməsinin də təmiz məhsullar əldə edilməsinə mane olduğunu vurğuladı. O, respublikaya gətirilən toxumların tərkibinin Toxumculuq İnsitutu tərəfindən yoxlanılmasının vacibliyini önə çəkdi. Millət vəkili Vahid Əhmədov isə çıxışında GMO məhsullarının Azərbaycan bazarında geniş yayılmasının həm də milli təhlükəsizlik məsələsi olduğunu və bu problemlə mübarizənin təkcə dövlət orqanlarının üzərinə atılmasının yanlışlığını vurğuladı. Millət vəkili qeyd etdi ki, Azərbaycan qanunvericiliyi GMO məhsullarının ölkəyə ixracı və satışını qadağan etsə də, hazırda əhalinin istehlak etdiyi ərzaq və meyvə-tərəvəzin böyük əksəriyyəti xarici ölkələrdə yetişdirilmiş GMO məhsullarıdır. Son illər bu məhsullara qarşı mübarizə tədbirləri gücləndirilsə də, hələ ki, lazımi nəticə əldə olunmayıb. Millət vəkili nəzərə çatdırdı ki, insan sağlamlığı üçün ciddi təhlükə yaradan GMO məhsullarının Azərbaycana daxil olmasının qarşısının alınmasında əsas yük Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin üzərinə düşür. O, cəmiyyəti də bu sahədə fəal olmağa, geni dəyişdirilmiş məhsullardan imtina etməyə çağdı.

1 Yorum

  1. […] Millət vəkili həyacan təbili çaldı. […]

    Liked by 1 kişi


Sorry, the comment form is closed at this time.

Comments RSS