“XƏZƏR ƏJDAHASI” EL -NİNO İQLİM VƏ PLANETİN TƏBİİ FƏLAKƏTLƏRİNİ İŞƏ SALAN MEXANİZMİNİ İDARƏ EDİRMİ?


fuadHazırladı: Teymur Kəsəmənli
Ufoloq Fuad Qasmov Fizika Riyaziyyat Elmləri Doktoru

Bu işlərdə əsas söhbət Xəzər akvatoriyasında müşahidə edilən nadir anomal təbii fenomen- EL-NİNO “Xəzər əjdahası” nın nadir xüsusiyyətlərindən gedir.Onun nadir xüsusiyyətlərindən biri də odur ki, indiki Xəzər görünüşünə ğörə Dünya okeanı ilə heç bir əlaqəsi yoxdur, amma dərin tektonik dağıntılar hesabına 5 dəniz və hətta Şimal-Buzlu okeanı ilə əlaqədədir.Bunlara baxmayaraq alimlər müəyyən ediblər ki, uzaq keçmiş və indiki Xəzər həqiqətən Qərb və Şimaldan Dünya okeanı ilə qədim əlaqəsi Xəzərin cənub hissəsindəki yer qabığının coğrafi tədqiqat bazasında təsdiqlənir. Məsələn,müəyyən olunub ki, Xəzərin cənub hissəsinin yer qabığının qurluşu okean tipindədir: burada qranit qat yoxdur. 25 km çöküntü altında bazalt qat yerləşir. Çöküntü qatnın nəhəngliyi Cənub Xəzərin qədimliyinə işarə verir və dolayı yolla sübut edir ki, Xəzər Dünya okeanı ilə əlaqədədir. Bundan əlavə dəqiq sübut olunub ki, nə vaxtsa Qara, Aral, Xəzər və Aralıq dənizlərinin yerində qədim Tetis okeanı olub. Bizim tədqiqatlarımız nəticəsində məlum olub ki, Xəzər dənizi Şimal və Qərbdən Dünya okeanı ilə dərin sualtı axın hesabına əlaqədardır. Xəzərin suları məhz bu axınlar (kanallar) hesabına qərbə, həmdə cənuba-aralıq dənizinə tərəf və Xəzərin şərq sahilinə Qazaxıstana axır. Bundan əlavə, Xəzərin cənub-qərb sualtı axını Qırmızı dənizə çatır.Mesopotomiyadakı nəhəng tiklilərlə(qədim Misir və xüsusilə də Xeops piramidası) nə vaxtsa dənizdə yerləşən (Xəzərin sahilində olan) Qız qalası ilə əlaqələri də müşahidə olunur. Qədim Misirlilər bu gizli əlaqəni bilirdilər və onlardan yerin təbii fəlakətləri barədə qabaqcadan fikir söyləmək üçün istifadə edirdilər ?!

67131main_ninoWebMAmma gəlin bu məqalənin yazılmasının əsas səbəblərinə qayıdaq. EL-NİNO – “ Xəzər əjdahası “ probleminə qayıtmağa və onun haqqında yenidən məqalə yazmağa bizi nə vadar etdi? Xəzər dəniz səvyyəsinin dəyişməsi mexanizminin tədqiqatı müxtəlif sikllarla əlaqədardır (xususən də əsirlik – 90 illik sikl). Xəzərin Dünya okeanı ilə əlaqəsi və su səviyyəsinin dəyişməsini Xəzər ilə Dünya okeanı səviyyəsinin dəyişməsi arasında sinxiron əlaqəni açıqlayan birləşdirici boru modeli ilə izah etmək mümkündür. Bundan əlavə bu tədqiqatlardan belə nəticə çıxarmağa imkan verir ki, Xəzər akvatoriyası şimal yarım kürəsinin əsas su arteriyalarını birləşdirən özünəməxsus kollektordur. Ancaq şimal yarım kürəsininmi?…. Son zamanlar Xəzər akvatoriyasının daha bir nadir xüsusiyyəti – planetin iqliminin nizamlayıcısı – müəyyən olunub. “ Xəzər əjdahası “ bunu El-Nino axınının su altı əlaqələri ilə həyata keçirir. Bzim planetin iqlim şərtlərini dəyişən sirli və dəhşətli təbii hadisə olan El-Nino haqqında bir neçə məlumatlar göstərək. El-Nino ispan dilində “körpə” mənasını verir, ayrı-ayrı illərdə Sakit okeanın şərq hissəsində baş verən və ekvatordan cənuba Ekvator, Peru, Çili, boyunca Avstraliyayacan gedən isti axın deməkdir. Hələ kecən əsrin əvvəllərində də Britaniya meteoroloqu Hilbert Uolker El-Ninonun yeni halını müəyyən etdi. Bu isti axın hər il eyni vaxtda – Milad bayramı ərəfəsində – Peru ərazisində, cənubi Amerika sahili boyunca yaranır. Bu yaxınlarda Uolkerin fikirlərinə xeyli qalmış yerli balıqcılar müəyyən etdilər ki, Milad bayramına yaxın onların balıq ovu kəsilir. Bunun niyə baş verdiyini onlar əlbətdəki bilə bilməzdilər. Amma bunun əsas səbəbi o idi ki, həmin vaxt okean səthində suyun orta tempuraturu 1s-ə və daha çox artır (normal halda bu ərazidə suyun tempuraturu 25s-yə yaxın olur). Bir neçə ildən bir güclü isti su axını souq suyu itələyərək cənubu Amerika sahilləri boyunca irəliləməyə başlayır. Peru axını müxtəlif balıqların əsas yemi olan plankton və O2 ilə zəngindir. Yerli balıqçılar müşahidə etmişdirlər ki, müəyyən dövürdən bir dekabırın axırlarında okeanda su isti olur və balıqlar sahildən uzaqlaşır, amma quraqlıq sahillərdə birdən-birə güclü yağışlar və fəlakətli daşqınlar baş verir. Bu hadisənin həmişə eyni vaxtda – Milad bayramı vaxtı baş verdiyi üçün onu eyni adla adlandırmışlar. El-Ninonun baş vermə mexanizmi hələ dəqiq öyrənilməyib. Artıq 100 ildir ki, alimlər müntəzəm və sistematik müşahidələr aparır. 1982-83 –cü illərdəki güclü El-Ninonun təbiətini başa düşmək və fəlakətləri qabaqcadan söyləməyi öyrənmək üçün amerikalı alim Mayk Makfeden və onun kolleqaları geniş Sakit okeanın və onun üzərindəki atmosferin vəziyyətini xarakterizə edən geniş məlumatları topladılar.
200px-IBCAO_betamapBu işlər 1984-cü il Sietle Sakit okeanı laboratoriyasında başladı. Sakit okeanda elektron sensorları və ötrücülərlə təhciz edilmiş buylar (siqnal üzgəclər) qurldu. Bu cihazların köməyi ilə suyun və havanın tempuraturu, küləyin istiqaməti həm də dəniz axınlarının istiqaməti və gücü müəyyən edilir. 70 buyun hazırlanması və quraşdırılması 10 il davam etdi və 1994-cü ildə başa çatdı. Bu eksperimentlərdə vericilər okean səthinin 13000 km2 sahəsini əhatə edir. Bu ərazidə “ Kammioana” elmi-tədqiqatı gəmisi ilin 250 gününü işləyir. Alimlər ehtimal edirlər ki, okanın müxtəlif dərinliklərində suyun tempuraturu haqqında dəqiq məlumat El-Ninonun yaranmasının ilk anını müəyyən etməyə imkan verir. +30 s –ni alimlər kritik tempuratur hesab edirlər. Çünki bu Sakit okeanının həmin hissədəki temperaturu normadan 2 dəfə çoxdur. Amma suyun temperaturu müxtəlif göstəricilərdən ancaq biridir. Dəhşətli El-Nino müxtəlif kənar siqnalların içində gizlənir və tədqiqatları səhv nəticələr çıxarmağa sövq edir. Hələlik El-Nino planet miqyasında qlobal iqlim dəyişikliyi və təbii fəlakətləri yaradan sirli və dəhşətli hal kimi qalmaqda davam edir. Əlbətdəki buna inanmaq çətindir, çünki “körpənin“ (El-Nino) yarandığı Sakit okeanının Peru sahillərindən Xəzər dənizinə qədər məsafə -qlobusun mehriban yarışıdır ! Amma bununla belə, Rusiya alimlərinin Atmosferin Fizikası institutunun REA (loboratoriya müdiri – REA müxbir üzvi İqor Moxov) iqlimin nəzəriyyəsi loboratoriyasında aparılmış tədqiqatlarının nəticələri El-Ninonun özünü aparması ilə əlaqədar Xəzər ərazisində hidroloji siklin xarkteriskası ilə ekvatorial Sakit okeanının temperatur dəyişmə arasında statistik əhəmiyyətli asılılıqı üzə çıxartdılar. Başqa sözlə desək, Xəzər dəniznin səviyyəsi ilə El-Nino hadisəsi arasında asılılıq mövcuddur. İFA REA-nın direktoru, akademik Qeorqi Qolcinin sözlərinə görə: “Bir il yarım əvvəl Britaniya meteroloji ofis həqiqətən nəhəng bir işi başa çatdırdılar- okean səthinin temperaturunun aylıq qiymətinə dair məlumat bazasını yaratdı. Bunun ücün bütün Dünya okeanı səthi birin-birə S-i ölçüsündə hissələrə bölündü. Bu məlumatlar hər bir “kvadratda” tərtib edilib. Məhz bu cür tədqiqatlar nəticəsində Sakit okeanın tropik hissəsinin Xəzər dənizinin səviyyəsinə belə dəqiq uzaq təsirləri aşkar olunmuşdur. Nəticə qanunauyğundur. Çünki, Q.Qolcinin sözlərinə görə Sakit okeanın tropikləri bizim planetin əsas istilik akkumulyatorudu. planet_mainAkademik Q. Qolcinin sözlərinə görə Xəzər dəniznin səviyyəsi ilə El-Nino arasındakı asılılıq ilk dəfə olaraq müəyyən olunub, amma, bu ideya havada çoxdan gəzirdi. Son illər meteroloqlar bütün dünyada akademik Q. Qolcinin adını çəkdiyi telekonneksiya – uzaq əlaqələr kimi halları öyrənməyə başlamışlar. Burada əsil mahiyyət odur ki, hər hansı coğrafi nöqtə götrülür və iqlim parametirlərinin dəyişməsi izlənir. Sonra bu dəyişikliklər yer kürəsindəki dəyişikliklərlə asılılıq olunur. Belə asılılıq daha aydın olaraq son 20 ildə nazik və ifrat nazik ölçmənin köməyilə planetin qlobal kosmik monitorinqinin effektli metodlarının hazırlanması sayəsində aparmaq mümkün olmuşdur. Bu yeni metod və kosmik texnologiyanın istifadəsi nəticəsində müəyyən olunub ki, planetin tamamilə müxtəlif əraziləri aydın olmayan formada bir-birinə təsir göstərir. Məhz bu yolla El-Nino ilə Amerika, Hindistan, Avstraliya havası arasında asılılıq tapıldı. Xəzər dənizinin səviyyəsi ilə El-Nino arasındakı əlaqə də telekonneksiyadır. 1997-ci ilin oktyabırında alınmış Sakit okeandakı isti anomaliya (ağ areal) nəinki ekvatorial sahəni həm də okeanın şimal hissəsindəki böyük məkanı da əhatə edir. Yuxarıda deyilənləri şərh edərək, qeyd etmək lazımdır ki, El-Nino və bütünlükdə planetin iqliminin köməyi ilə səviyyənin idarə olunma mexanizminin qurulması, sözün yaxşı mənasında planetin iqliminin dəyişməsini anlamağa bir acar rolunu oynayır, ardınca isə təbiətin gizli sirlərindən birini öyrənib planetin iqliminin tənzimləməyə imkan verir. Əkis halda bu mexanizmin bir neçə fırıldaqçı tərəfindən mənimsənilməsi planet, onun bütünlükdə biosferin məhv olmasına gətrib çıxaracaq. İnsanların iri miqyaslı antropagen təsiri, təbiətin incə qanunları siyahıya alınmadan qlobal ekoloji nəticələrinin yaranması hesabına bütün planetimizin məhvinə səbəb ola bilər. Buna görə də iqlimin tənzimləmə mexanizmi (onun optimizasiyası) ancaq El-Nino mexanizminin planetin iqlimin tənzimlənməsinə təsirini tam başa düşülməklə aparılmalıdır. El-Nino anomaliyası ilə planetin iqliminin asılılıq mexanizminin daha dəqiq və ardıcıl tədqiqatları göstərir ki, El-Nino hər il baş vermir: onların təkrarlanma tezliyi 4-7 ildən birdir. Belə qanunauyğunluğn səbəbi hələ açılmayıb. Bununla belə, bu hal hava porqnozu və bütün planetin iqliminin modelinin qurulması üçün böyük göstəricidir.
elnino_topex_bigÇünki, El-Ninonun təsiri ancaq Amerika qitəsinə deyil, həmdə Afrika, Avstraliya, Asiya və Avropayadır. Buna görə də inkişaf etmiş avropa ölkələri – Fransa, İngiltərə, Almaniya və həmdə Rusiya El-Nino fenomeninin müntəzəm tədqiqatlarına maraqlıdır. Bu da təsadüfü deyil, çünki, El-Nino fenomeni faktoru Avropa iqliminin formalaşması ücün vacibdir. Xəzərin çox hissəsinin Şərqi Avropada yerləşdiyindən oranın iqlimini özündə büruzə verir. Məsələn, El-Ninonun müşahidə tarixində 1997-ci ilin qışı çox güclü gəldi. Həmin il El-Nino bütün Sakit okeanı əhatə etdi. İsti suyun nəhəng “dili” Peru,Çili və mərkəzi Amerikanın sahillərini birləşdirərək 7000 km uzununa və 100-1200 km sahəni əhatəyə aldı. Bu sahənin temperaturu +29 S-dir. Çoxillik statistika göstərir ki, güclü anomal El-Nino hər il baş vermir. Amma bir neçə hipotez vardır. El-Ninonu təsvir edən ən uğurlu model təbii ossilyatordur. Burada söhbət müsbət əks əlaqənin yaranmasından gedir: Su istiləşir və bu hal küləyin zəifləməsinə gətirir, deməli (şərq passatı) küləyin zəifləməsi okeanın daha da istiləşməsinə səbəb olur və bu proseslər bir-birini əvəzləyir və s. Nə qədər ki, okeanın tepuraturu istiləşir bir o qədər də su buxarlanır. Sonra bu buxar kondensasiyaya uğrayır və atmosferə yüksək miqdarda istilik ayrılır.Bu qlobal iqlim dəyişikliyinə gətirib çıxarır. Sakit okeanın ekvator hissəsində vəziyyət belədir ki, atmosfer və okean eyni zaman miqyasında qarşılıqlı təsir göstərə bilər. Bu qeyri stabil sistemdir. Çünki, okean atmosferə daha inert sistemdir və buna görə də o atmosferdə uzun periodlu prosesləri təyin edir. Atmosfer sanki okeana uyğunlaşır. Bu gün müəyyən olunub ki, El-Nino siqnalları (başqa sözlə desək dəb, alimlərin dili ilə desək 4-7 il periodlu iqlim dəyişikliyi) ayrıd edən haldır. Şərq passatları okean səviyəsinin normal həddən 60 sm qalxmasına səbəb olur. El-Nino temperatur anomaliyası hesabına bu su “qabarığı” sanki yayılır və “isti gölməçə” yaranır. Beləliklə El-Nino havanın qlobal səviyyəsinin dəyişməsində çətin öyrənilən haldır. Sonrakı tədqiqatlar döstərir ki, Xəzərin səviyyəsinin dəyişməsi nəinki El-Ninodan o, həmdə Volqa axınının El-Nino ilə asılılıqından aslıdır. Bununla belə Volqa axını El-Ninoya 0,5-dən 1 ilə qədər gecikməklə təsir göstərir. Beləliklə, buradan belə nətiçə çıxır ki, El-Nino nə qədər güclüdürsə, Xəzərin səviyyəsinin dəyişməsini 1850-1990-ci illər ərzində müntəzəm müşahidə edilməsi və həmdə Volqa axınının 90 illik dəyişməsi nəticəsində, Xəzərin səviyyəsinin dəyişməsi ilə Volqa axının dəyişməsi arasında sinxronluq mexanizmi müəyyən olundu. Volqa axını ilə m3-də Xəzərin səviyyəsinin çox illik dəyişməsi arasındakı alınmış asılılıq onu göstərir ki, bu iki göstərici arasında çox yaxın asılılıq var. Bundan əlavə Xəzərin səviyyəsinin dəyişməsində El-Nino da öz “düzəlişlərini edir ”.
caspian-sea_186Beləliklə Sakit okeanda yaranan El-Nino sualtı kanallarla Xəzərə, sonra Şimala – Buzlu okeana gedir, daha sonra isə onun sikli (4-7 il müddətinə) başa çatır. El-Ninonun Xəzərə “ bir başa yolu “ (onun traektoriyası) “S” hərfi formasındadır və yarım 8 rəqəminə bənzəyir. El-Ninonun Sakit okeanına “geri qayıtma” yolu Al-Nino adını alır və 8 rəqıminin digər yarım hissəsi kimi “S” hərfinin əksi formasındadır. Beləliklə El-Ninonun tam sikli səkkizi xatırladır, hansı ki, simvolik olaraq sonsuzluq – suyun Dünya okeanında fasiləsiz hərəkətini xatırladır.Məqaləni yekunlaşdıraraq, qeyd etmək lazımdır ki, Xəzərin və Dünya okeanının digər dəniz və okeanlarının dibindəki bazalar artıq müəyyənləşib (bu artıq dəqiqləşib), El-Nino – “Xəzər əjdahası” –nın köməyi ilə planetin iqliminin idarə olunma mexanizmi haqqında xəbərdardı və ondan lazım olanda istifadə edir. Burada aşağıdakı nəticə çıxır: “Xəzər əjdahası” fenomeni, El-Nino və onlarla əlaqədar anomal proseslər böyük elmi maraqlar doğrur və bunlar yüksək elmi səviyyədə ciddi tədqiq olunmalıdır.