BUĞDA BİTKİSİNİ PAS XƏSTƏLİKLƏRİNDƏN MÜHAFİZƏ EDƏN 2 GEN AŞKAR EDİLMIŞDIR


1adanada-4-yeni-bugday-cesidi-gelistirildiAzərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutu
E.B. Əliyev b.ü.f.d. C.M. Talai b.ü.f.d. dosent

İsveçrənin Sürix şəhərində fəaliyyət göstərən bitki biologiyası institutunun əməkdaşları tərəfindən buğda bitkilərini göbələk xəstəliklərinin dağıdıcı təsirindən muhafizə edən 2 gen aşkar edilmişdir.Bu genlər taxilların ilbəil milyonlarla hektarlarda məhsulun itkisinə səbəb olan sarı, boz və unlu şeh xəstəliklərinə qarşı davamlılıq qabiliyyətini təmin edir. Onlardan biri Lr34 geni adlanır. Bu genin necə təsir etdiyini alimlər hələki izah edə bilmirlər, amma güman edilir ki, onun sintez etdiyi zülal, xəstəliyi zərərsizləşdirmək üçün hüceyrələrə molekulalar nəql edir. Mütəxəssislər eyni zamanda fərz edirlər ki, bu genlərin təsir müddəti digərlərindən fərqli olaraq ən azı 50 ilə yaxındır, nə qədər ki, xəstəlik törədicilər mutasiyaya uğramamışlar.

Didər aşkar edilən gen Yr36 geni adlanır və ancaq yabanı buğdalarda rast gəlinir, çörək və makaron istehsal olunan sortlarda isə müşahidə edilməmişdir. Bu gen taxılları yoluxdurucusu Puccinia glumarum göbələyi olan sarı pas xəstəliyindən müdafiə edir. Genin xəstəliyə qarşı necə mübarizə aparması mexanizmini hələ İsveç alimləri araşdıra bilməmişlər, lakin belə güman edilir ki, bu gen xəstəlik zamanı göbələyin sintez etdiyi yağ turşularını və onların törəmələri olan lipidləri tanımaq qabiliyyətinə malikdir və hansı yollasa yoluxma zamanı xəstəliyə müqavimət göstərə bilən reaksiya mexanizmini işə salır.
Tədqiqatın rəhbəri Simon Krattinger ümid edir ki, kəşf edilən genlər göbələk xəstəliklərinə tamami ilə həssas olmayan yeni sortların yaradılmaına geniş imkanlar yaradacaq. Əgər bu istək həyata keçirilərsə, onda fermerlər taxıl sahələrini fungisidlərlə çiləməkdən tam azad olacaq və həm də məhsul itkisinin qarşısı alacaqlar.